Icma.az
close
up
RU
“İstanbulda baş verənlər Ərdoğana qarşı beynəlxalq əməliyyatın tərkib hissəsidir”

“İstanbulda baş verənlər Ərdoğana qarşı beynəlxalq əməliyyatın tərkib hissəsidir”

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış diplomat və ekspert Tofiq Zülfüqarov İstanbulda baş verən son gərginliklərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Sabiq nazirin fikrincə, İstanbul hadisələri, Suriyanın müxtəlif bölgələrində eyni vaxtda baş verən təxribatlarla birbaşa əlaqəlidir və bütün bu proseslər Ərdoğan hakimiyyətinə qarşı beynəlxalq miqyaslı koordinasiyalı təzyiq mexanizminin bir hissəsidir.

Zülfüqarov iddia edir ki, Suriyanın Latakiya vilayətində baş verən son hadisələr Rusiya hərbi bazalarının birbaşa nəzarəti altında həyata keçirilib:

“Bu əməliyyatlar zamanı Rusiya bazalarından birbaşa operativ idarəetmə aparılıb, təbliğat videoları hazırlanıb, silahlar paylanıb. Məqsəd Aralıq dənizi sahillərində nəzarəti ələ keçirmək olub”.

Ekspert qeyd edir ki, eyni vaxtda Suriyanın cənubunda İsraillə əməkdaşlıqda ittiham olunan sağ radikallar, şimal-şərqdə isə PKK-ya bağlı silahlı qruplar fəallaşıb. Onların məqsədi Dəməşq istiqamətində irəliləyərək Türkiyənin dəstəklədiyi müvəqqəti hökumətə zərbə vurmaqdır.

Zülfüqarov bu hadisələri birgə analiz edərək belə nəticəyə gəlir:

“Burada həm Rusiya-İran cütlüyü, həm də bəzi Qərb oyunçuları eyni məqsədlə – protürk siyasi qüvvələri zəiflətmək üçün koordinasiyalı hərəkət edirlər. İstanbul hadisəsi də bu kontekstdə təsadüfi deyil, Ərdoğana qarşı təzyiqin davamıdır”.

O, hadisələrin yaxın 3 ildən sonra keçiriləcək prezident seçkiləri ilə əlaqələndirilməsini yanlış hesab edir:

“Ərdoğanın seçkilərdə iştirak etməyəcəyi bəllidir. Bu hadisələri seçkilərlə bağlamaq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir”.

Zülfüqarovun bu fikirləri bölgədəki geopolitik gərginliyin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir. Onun paylaşımı Türkiyə və regionda baş verənlərin arxasında görünməyən böyük oyunların dayandığını sübut edən səsli xəbərdarlıq kimi dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Mart 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see136

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see119

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see119

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see119

“Arsenal”ın futbolçusunun toy Fotoları

28 İyun 2025 09:38see118

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see118

Bu ölkədə təyyarə qəzaya uğradı Pilot öldü KONKRET

28 İyun 2025 10:08see116

PSJ dən “Lion” dəstək jesti

28 İyun 2025 09:42see116

Xoren Ovannisyan: II Qareginin iki qadından övladları var

28 İyun 2025 10:40see116

İki məşhur aktyor 24 ildən sonra yenidən görüşüb

28 İyun 2025 09:59see115

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see115

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see114

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see114

Lerikdə qardaşlar qonşunun arvadını döydülər

28 İyun 2025 19:22see114

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see113

Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA

28 İyun 2025 09:27see113

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see112

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see112

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see112

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri