Icma.az
close
up
RU
İstanbulda eşq, İrəvanda kinli təxribat, Sumqayıtda tənhalıq... Oğuz elinə çağırış!

İstanbulda eşq, İrəvanda kinli təxribat, Sumqayıtda tənhalıq... Oğuz elinə çağırış!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millətlər Liqasının 2024/25 mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən oyunlardan ikisinin nəticəsi ölkəmizdə maraqla gözlənilirdi.

Söhbət Türkiyə - Macarıstan (3:1), Ermənistan - Gürcüstan (0:3) oyunlarından gedir. Ona görə ki, həm qardaş ölkənin, həm də şimal-qərb qonşumuzun yığması son illərdə inkişaf edir və önəmli qələbələr qazanır.
Türkiyə millisinin İstanbulda - "Rams Park"da keçirilən oyununda diqqətimi çəkən məqamlardan biri də "Qalatasaray"ın tanınmış "UltrAslan" fanklubunun açdığı pankart oldu. Yazılan şüar belə idi: "Milli komanda klubların üstüdü, üstünün ən üstüdü". Yığmaya verilən dəyəri futbol diliylə bundan daha gözəl izah etmək çətindi. İrəvanda, dəqiq desək, Vazgen Sarkisyan adına Respublika stadionunda keçirilən Qafqaz derbisində diqqətimi çəkən məqam isə əsəblərimlə oynadı. Çünki tribunalardan birində cəhənnəmə gedən "Artsax"ın "bayrağ"ı yerləşdirilmişdi. Özü də yaxınlığında olan Ermənistan bayrağından iki dəfə böyük idi. Bəllidi ki, bütün başverənlərdən nəticə çıxarmayan ermənilər təxribat törətməkdən çəkinmir.
Millimiz bu gün axşam saat 21.45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haitiyə qarşı beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Təxmin etdiyiniz kimi, yuxarıdakılardan yığmamızın matçı ərəfəsində əbəs yerə bəhs etmirəm. Əziz Oğuz eli, biz də millimizi tək qoymamalıyıq. Bəli, yığmamız nə dünya çempionatının seçmə mərhələsi, nə də Millətlər Liqası çərçivəsində meydana çıxacaq. Adidən adi, sadədən sadə yoldaşlıq oyunudu. Fernando Santuş demişkən, qələbə qazanana xal vermirlər. Lakin hər şey burdan başlamırmı? Xəyal Əliyev, Şahin Şahniyarov, Ağadadaş Salyanski ilk dəfə milli forma geyməyəcəkmi? Yığmamız ilk dəfə Sumqayıtda meydana çıxmayacaqmı? Bəlkə elə komanda Santuşun təyinatından sonra ilk qələbəsini də qazanacaq? Bəlkə həqiqətən gələcəyin uğurlu millisinin qələbələri sıralamaqla formalaşdırılması prosesi məhz Sumqayıtdan başlayacaq? Doğrudanmı, ümidli olmağa dəyməz?! Dəyər!
Tribunaları Azərbaycan bayraqlarıyla doldurmağa, oyunboyu millimizi qələbəyə səsləməyə, tribunalarda yığmanın həqiqətən hər şeydən üstün olduğunu göstərməyə varsız?
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri