Icma.az
close
up
RU
İrəvanda mitinqə çağırış edildi

İrəvanda mitinqə çağırış edildi

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında mitinq keçirməyi planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan bəyan edib. 

Onun sözlərinə görə, iyunun 7-də keçirilən parlament seçkiləri zamanı yol verilən pozuntulara qarşı etiraz etmək niyyətindədirlər.

Tonoyan partiya tərəfdarlarını MSK binası qarşısında toplaşmağa çağırıb. Bu açıqlamadan sonra MSK binasının ətrafına polisin xüsusi təyinatlı bölmələri gətirilib. Ərazidə vəziyyətin hələlik sakit olduğu bildirilir.

Xatırladaq ki, 7 iyun seçkilərində deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səslə qalib gəlib. Rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” isə 3,996 faiz səs toplasa da, 4 faizlik həddi aşa bilmədiyinə görə parlamentdə yer qazana bilməyib. Seçkilərin yekun nəticələri iyunun 14-ü elan ediləcək. 

Daha əvvəl “Ermənistan” bloku parlament seçkilərinin ilkin nəticələrinə məhkəmədə etiraz edəcəyini açıqlayıb, “Güclü Ermənistan” partiyası isə seçkilərin nəticələrinin etibarsız hesab olunması tələbi ilə Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 İyun 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri