İstanbulda güclü yağış daşqına səbəb oldu (Video)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərində leysan yağış nəticəsində bir sıra küçə və yolları su basıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Pendik, Tuzla, Bayrampaşa və Ataşehir rayonlarında yollar və yeraltı keçidlər su altında qalıb. Bəzi avtomobillər suda hərəkətsiz vəziyyətdə qalıb. Şile rayonunda isə yağış yolların zədələnməsinə, palçıq və daşların hərəkətə mane olmasına səbəb olub.
Meteorologiya Baş İdarəsi İstanbul və Antalya da daxil olmaqla bir sıra vilayətlər üçün yağış xəbərdarlığı edib.
Meteorologiya üzrə mütəxəssis Orhan Şen bildirib ki, Antalyada güclü yağış təhlükəsi cümə gününə qədər davam edə bilər. O, həmçinin dəniz suyunun temperaturunun yüksək olması səbəbindən bölgədə burulğan riskinin artdığını qeyd edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Oktyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















