Icma.az
close
up
RU
İstanbulda Kiyev Moskva danışıqları mayın 16 sı səhər saatlarınada başlayacaq

İstanbulda Kiyev Moskva danışıqları mayın 16 sı səhər saatlarınada başlayacaq

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Rusiya Prezidenti Vladimir Putin gəlməyib, o burada deyil, İstanbulda deyil. Ona görə də mənim İstanbulda heç bir işi yoxdur”

“Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti İstanbulda Rusiya tərəfi ilə danışıqlar aparmağa hazırdır və artıq Ankaradan təyyarə ilə oraya gedir”. AYNA.AZ “Strana.ua”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

TASS-dakı mənbənin məlumatına görə, Rusiya və Ukrayna arasında şərtlərlə bağlı qeyri-müəyyənlik səbəbindən İstanbulda danışıqlar mayın 16-sı səhər saatlarında başlayacaq. Mayın 16-da həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff da daxil olmaqla yüksək səviyyəli Amerika rəsmilərinin İstanbula səfəri gözlənilir.

Əvvəlcə Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Ukraynadan Türkiyəyə uçub. Onu xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, müavinləri İqor Jovkva və İqor Brusilo müşayiət ediblər.

Lakin Zelenskinin mayın 15-i günortadan sonra bəyan etdiyi kimi, özü danışıqlarda iştirak etməyəcək. O bunu Rusiya nümayəndə heyətinin aşağı səviyyədə olması ilə izah edib. Rusiya nümayəndə heyətini Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.

“Rusiya Prezidenti Vladimir Putin gəlməyib, o burada deyil, İstanbulda deyil. Ona görə də mənim İstanbulda heç bir işi yoxdur”, - Zelenski qeyd edib.

Bildirib ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Rusiya tərəfi ilə görüş keçirəcək.

“Nümayəndə heyətimiz Prezident Vladimir Putin tərəfindən təsdiqlənib və danışıqlar aparmaq üçün tam səlahiyyətə malikdir. Biz konstruktiv işə və Ukrayna münaqişəsinin həlli yollarını axtarmağa sadiqik”, - Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ukraynalı nümayəndələrlə danışıqları gözləyərkən deyib.

Danışıqlar zamanı bağlı qapılar arxasında müzakirə olunacaq məsələlərin siyahısını heç bir tərəf rəsmən açıqlamayıb. Eyni zamanda, Zelenskinin deyib ki, Ukrayna nümayəndələri yalnız 30 günlük müddətə atəşkəs rejimini, yalnız bundan sonra digər nizamlanma məsələlərini müzakirə etməyə hazırdırlar.

“Əgər atəşkəs olmasa, qərarlar alınmasa və ikitərəfli görüşlər olmasa, biz Rusiyaya qarşı ABŞ-dan güclü sanksiyalar paketi istəyirik”, Zelenski vurğulayıb.

Zelenski əmin edib ki, o, hələ də sanksiyaları Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə hərbi əməliyyatları dayandırmağa məcbur edə biləcək bir neçə həll variantından biri hesab edir.

Rusiya tərəfinə gəlincə, Medinski jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti güzəştə getməyə hazırdır. Eyni zamanda o, İstanbuldakı danışıqları 2022-ci ildə Ukrayna tərəfinin kəsdiyi sülh prosesinin davamı kimi qiymətləndirdiyini vurğulayıb.

“Birbaşa danışıqların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldıraraq gec-tez uzunmüddətli sülhün bərqərar olmasıdır”, Medinski qeyd edib.

Onun sözlərinə görə, nümayəndə heyəti danışıqlar ərəfəsində də “işgüzar ruhu” saxlayır və bütün aidiyyəti orqanların rəhbərləri ilə təmsil olunur.

ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukraynanın İstanbul danışıqlarında ciddi irəliləyiş əldə edə biləcəyi fikrinə şübhə ilə yanaşdığını bildirib. Bununla belə, ABŞ ümid edir ki, Rusiya Ukraynanın axtarmağa davam etdiyi hərtərəfli atəşkəslə razılaşacaq. Dövlt katibi hesab edir ki, münaqişənin həllində irəliləyişə nail olmağın yeganə yolu Donald Tramp və Vladimir Putin arasında birbaşa danışıqlara başlamaqdır. Marko Rubio əmin edib ki, danışıqların nəticələri Rusiya və Amerika liderləri arasında görüşün nə dərəcədə tez təşkil olunacağını müəyyən edəcək. Donald Trampın özü də oxşar fikri bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 May 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri