Icma.az
close
up
RU
Diqqətlər İstanbulda: Kiyev Moskva danışıqları nə vəd edir?

Diqqətlər İstanbulda: Kiyev Moskva danışıqları nə vəd edir?

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham İsmayıl: “Rusiyanın elə şərtləri var ki, onların Ukrayna tərəfindən qəbul olunması heç cür mümkün deyil”

Dünən İstanbulda keçirilməli olan Rusiya və Ukrayna arasında danışıqlar şərtlərlə bağlı qeyri-müəyyənlik səbəbindən mayın 16-sı səhərədək təxirə salınıb. Belə ki, dünən əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Ukraynadan Türkiyəyə uçub. Onu xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, müavinləri İqor Jovkva və İqor Brusilo müşayiət ediblər. Lakin Zelenskinin mayın 15-i günortadan sonra bəyan edib ki, özü danışıqlarda iştirak etməyəcək. O bunu Rusiya nümayəndə heyətinin “aşağı səviyyədə” olması ilə izah edib.

Qeyd edək ki, Rusiya nümayəndə heyətini Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.

“Rusiya Prezidenti Vladimir Putin gəlməyib, o burada deyil, İstanbulda deyil. Ona görə də mənim İstanbulda heç bir işi yoxdur”, - Zelenski qeyd edib.

Bildirib ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Rusiya tərəfi ilə görüş keçirəcək.

“Nümayəndə heyətimiz Prezident Vladimir Putin tərəfindən təsdiqlənib və danışıqlar aparmaq üçün tam səlahiyyətə malikdir. Biz konstruktiv işə və Ukrayna münaqişəsinin həlli yollarını axtarmağa sadiqik”. Bunu isə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ukraynalı nümayəndələri gözləyərkən deyib.

Danışıqlar zamanı bağlı qapılar arxasında müzakirə olunacaq məsələlərin siyahısını heç bir tərəf rəsmən açıqlamayıb. Eyni zamanda, Zelenskinin deyib ki, Ukrayna nümayəndələri yalnız 30 günlük müddətə atəşkəs rejimini, yalnız bundan sonra digər nizamlanma məsələlərini müzakirə etməyə hazırdırlar: “Əgər atəşkəs olmasa, qərarlar alınmasa və ikitərəfli görüşlər olmasa, biz Rusiyaya qarşı ABŞ-dan güclü sanksiyalar paketi istəyirik”. Zelenski əmin edib ki, o, hələ də sanksiyaları Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə hərbi əməliyyatları dayandırmağa məcbur edə biləcək bir neçə həll variantından biri hesab edir.

Rusiya tərəfinə gəlincə, Medinski jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti güzəştə getməyə hazırdır. Eyni zamanda o, İstanbuldakı danışıqları 2022-ci ildə Ukrayna tərəfinin kəsdiyi sülh prosesinin davamı kimi qiymətləndirdiyini vurğulayıb: “Birbaşa danışıqların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldıraraq gec-tez uzunmüddətli sülhün bərqərar olmasıdır”.

Beynəlxalq aləmin də İstanbul danışıqlarından gözləntilər var. Məsələn, ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukraynanın İstanbul danışıqlarında ciddi irəliləyiş əldə edə biləcəyi fikrinə şübhə ilə yanaşır. Bununla belə, ABŞ ümid edir ki, Rusiya Ukraynanın axtarmağa davam etdiyi hərtərəfli atəşkəslə razılaşacaq. Dövlət katibi hesab edir ki, münaqişənin həllində irəliləyişə nail olmağın yeganə yolu ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa danışıqlara başlamaqdır. Rubio əmin edib ki, danışıqların nəticələri Rusiya və Amerika liderləri arasında görüşün nə dərəcədə tez təşkil olunacağını müəyyən edəcək.

Bu gün keçirilən görüşdən gözləntiləri AYNA.AZ-a müsahibəsində bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, dünyanın diqqəti İstanbuldadır:

- Danışıqlarla bağlı dünyada çoxsaylı şərhlər var, amma bu şərhlərin hamısının mərkəzindən bir xətt keçir: Putin İstanbula gəlmədi, ona görə də böyük nəticə gözlənilmir. Putinin Zelenskinin İstanbulda təkbətək danışıqlar təklifinə müsbət cavab verməməsini iki amillə bağlamaq olar. Birincisi, Putin demək istədi ki, Kreml yeni səhifə açmır. Bunu hətta açıq şəkildə bildirdi və dedi ki, “biz 2022-ci ildə yarımçıq qalmış danışıqları davam etdiririk”. Rusiya indiki danışıqları İstanbulda keçirilən birinci görüşün davamı kimi qəbul edir. Guya 2022-ci ildə razılıqlar əldə olunmuşdu, amma Kiyev Avropanın, Britaniyanın keçmiş Baş naziri Boris Consonun təhriki ilə razılaşmaları pozub. İndi İstanbula göndərilən nümayəndə heyəti də dəyişməyib. Yenə də Putinin köməkçisi Medinski nümayəndə heyətinin rəhbəridir. Həmçinin nümayəndə heyətinin tərkibindəkilərin hamısı ikinci dərəcəli şəxslərdir. Bu tərkibi Zelenski “qeyri-ciddi və aşağı səviyyəli” adlandırdı. Bu, artıq Putinin mövqeyidir. Kreml rəhbəri danışıqlara ciddi baxmadığını bəyan etmiş oldu.

- Amma İstanbulda danışıqlar təklifi Putinin özü tərəfindən irəli sürülmüşdü...

- Demək istədiyim ikinci amil də məhz budur. Mayın 11-dən 12-ə keçən gecə Kremldə jurnalistlərə bildirdi ki, Moskva Kiyevlə mayın 15-də qeyd-şərtsiz danışıqlara başlamağa hazırdır. Lakin göndərdiyi nümayəndə heyəti şərtlər irəli sürür. Medinski dedi ki, məqsədləri müharibənin ilkin səbəblərini aradan qaldırmaqdır. Bu o deməkdir ki, Putin İstanbula göndərdiyi nümayəndə heyətinə şərtlərin irəli sürülməsini tapşırıb.

Əsas məsələ isə budur ki, Putin qeyd-şərtsiz danışıqların mayın 15-də başlamasını təklif edəndə hamı gözləyirdi ki, Putinin özü də danışıqlara gələ bilər. Dərhal Zelenski bildirdi ki, İstanbula gedəcək, mayın 15-də Putini gözləyəcək və danışıqlara hazırdır. Putin sanki bu çağırışdan şoka düşdü. Çünki özü deyib axı ki, qeyd-şərtsiz danışıqlara hazırdır. Həmin vaxt Tramp dedi ki, o da İstanbula gələ bilər, əgər Putin gələrsə. Bununla da Putin geri çəkilməyə qərar verdi. Onun aləmində Zelenski Ukraynanın legitim rəhbəri deyil. Eyni zamanda, Trampın bəyanatının da Putinin geri çəkilməsində rolu oldu.

- Söhbət hansı bəyanatdan gedir?

- Tramp dedi ki, Səudiyyə Ərəbistanında səfəri zamanı çoxlu görüşləri olmasına baxmayaraq, İstanbula gəlib Zelenski və Putin arasında görüşə qatıla bilər. Putində bu, əks-reaksiya doğurdu. Rusiya lideri İstanbula gəlib qeyd-şərtsiz 30 günlük atəşkəsə razılıq versəydi, bu, Putinin sülpərvər obrazını yarada bilərdi. Amma Trampın da görüşə gələndə artıq bu, Putinin məğlubiyyəti, Trampın qələbəsi olacaqdı. Çünki 30 günlük atəşkəs təklifini ilk dəfə ABŞ irəli sürüb. Söhbət məhz bu bəyanatın təısirlərindən gedir.

- Bu gün keçirilən görüşdən gözləntiniz nələrdir?

- Zənnimcə, böyük nəticələr gözləməyə dəyməz. Burada çox məsələlər var ki, tərəflərin mövqeləri uzlaşmır. Rusiyanın bir, Ukraynanın bir, Türkiyənin başqa mövqeyi var. ABŞ-ın mövqeyində qeyri-müəyyənlik mövcuddur. Avropa İttifaqı bu danışıqlarda iştirak etmir. Rusiya tərəfinin nümayəndə heyətinin tərkibi Kiyevi qane etmir. Yalnız nazirliklərin ikinci şəxslərindən ibarət nümayəndə heyəti formalaşdırılıb ki, bu, Moskvanın məsələyə qeyri-ciddi yanaşmasını göstərir.

Yəqin ki, görüşün əks-sədasını görüşdən sonra biləcəyik. Çünki tərəflərdən heç biri danışıqlarda müzakirə olunacaq mövzuları açıqlamayıblar. Rusiyanın elə şərtləri var ki, onların Ukrayna tərəfindən qəbul olunması heç cür mümkün deyil. Rusiyanın şərtləri Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə zəmanət vermir. Ola bilsin ki, atəşkəs razılaşdırıldı, amma burada da Moskva şərtlərini irəli sürəcək. Təbii ki, ilkin nəticələrlə bağlı pozitiv açıqlamalar verilə bilər. Adətən belə görüşlərdən sonra iştirakçılar “konstruktiv keçdi”, “tərəflər anlaşıqlı davrandılar” kimi ifadələrdən istifadə olunur. Amma ciddi qərarın veriləcəyi inandırıcı deyil.

- Burada Türkiyənin rolunu necə qiymətləndirmək olar?

- Türkiyə artıq bu münaqişədə öz rolunu oynayıb. Həm 2022-ci ildə keçirilən danışıqlara ev sahibliyi etdi, müəyyən razılaşmalar oldu, hərçənd onu Rusiya tərəfi pozdu. Həmçinin “taxıl sazişi” imzalandı, bu, həmin vaxt üçün çox önəmli məsələ idi. İndi isə Türkiyə danışıqlar məkanı kimi seçilir. Tərəflər Türkiyədə danışıqlara razılıq verməsi Ankaranın qlobal proseslərdə önəmli rol oynadığının göstəricisidir.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see190

Bu dəfə Zelenski ilə onlayn görüşəcək

13 Avqust 2025 11:40see166

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see138

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see137

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see136

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see133

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see132

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see132

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see130

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see128

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see124

Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir TEXNOLOQ AÇIQLADI

13 Avqust 2025 10:18see123

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see120

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see118

Tibbi sabunda ölümcül xəstəliklərə yol aça bilən bakteriyalar aşkarlanıb

13 Avqust 2025 09:39see118

Azər Axşamdan onu öldürənlərə : Həmin xəbəri yayanlar... VİDEO

13 Avqust 2025 11:25see115

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see115

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see113

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see113

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri