İstanbulda “STRATCOM” sammiti öz işinə başlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbulda 37 ölkədən 159 yüksək səviyyəli nümayəndənin iştirakı ilə “STRATCOM” sammiti öz işinə başlayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulun qlobal kommunikasiya mərkəzinə çevrilməsi hədəfi ilə təşkil olunan zirvə “strateji kommunikasiya” mövzusuna həsr olunub.
Zirvədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın, Prezident Aparatının Kommunikasiya İdarəsinin sədri Burhaneddin Duran iştirak edəcəklər.
Azərbaycanı bu tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təmsil edəcək.
Tədbir çərçivəsində Türkiyənin vasitəçilik rolu, yeni nəsil təhlükəsizlik arxitekturası, kiber diplomatiya və qlobal etimad böhranı kimi dünya nizamını formalaşdıran mühüm mövzular ən yüksək səviyyədə müzakirə olunacaq.
Sammit 2 gün davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Mart 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















