İstanbulda xüsusi xahiş: Rusiya və ABŞ daha bir məsələdə razılaşıb
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ rəsmilərinin görüşü zamanı iki ölkə arasında birbaşa uçuşların bərpası təklif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Məlumata görə, Rusiya tərəfi ABŞ-a birbaşa hava nəqliyyatının bərpası imkanlarının nəzərdən keçirilməsini təklif edib. Danışıqlar zamanı tərəflər diplomatik nümayəndəliklərin fəaliyyətinin və diplomatların işinin maneəsiz şəkildə maliyyələşdirilməsini təmin etmək üçün birgə addımlar barədə razılığa gəliblər. Həmçinin 2016-2018-ci illərdə ABŞ-da müsadirə edilmiş 6 mülkün Rusiyaya qaytarılması məsələsinə toxunulub.
Bundan başqa, Moskva-Vaşinqton münasibətlərində bəzi “qıcıq doğuran” məsələlərin aradan qaldırılması da razılaşdırılıb.
Qeyd edək ki, görüşlə bağlı ABŞ Dövlət Departamentinin yayımladığı məlumatda birbaşa uçuşların bərpası ilə bağlı hər hansı qeyd olmayıb.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















