Əhməd İsmayılov BƏƏ nin Milli Media Bürosunun və Media Şurasının sədri ilə görüşdü
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed BƏƏ-də media siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiya və beynəlxalq media əməkdaşlığı çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan ilə media və kommunikasiya sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirərək, qurulan əməkdaşlığın hər iki ölkə üçün yeni imkanlar açacağını bildirib.
Görüşdə informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran təşəbbüs və layihələr üzrə əməkdaşlıq, görüşlərin, seminarların, təlimlərin və konfransların təşkili məsələləri müzakirə olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Dekabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















