İstanbulMoskva aviareysi təxirə salındı, sərnişinləri təyyarədən düşürdülər
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bilməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Sərnişinlər reysin ləğvi barədə uçuşa az qalmış xəbər tutublar. Onlardan təyyarəni tərk etmələri, baqaj alınması prosedurundan və pasport nəzarətindən keçmələri istənilib.
Əvvəlcə reysin saat 09:00-da, daha sonra 16:30-da uça biləcəyi açıqlanıb. Eyn zamanda, başqa təyyarənin təqdim edilib-edilməyəcəyi də dəqiq bildirilməyib.
"Aeroflot" nümayəndələri reysin ləğvini texniki problemlərlə izah ediblər.
Bu mövzuda digər xəbərlər:İstanbulMoskva reysi ləğv edildi
15 Yanvar 2025 09:05
İstanbulMoskva reysi geri dönərək Türkiyəyə qayıtdı FOTO
28 Dekabr 2024 00:02
Uşağın temperaturuna görə valideynləri təyyarədən düşürdülər yüklərini vermədilər
06 Aprel 2026 19:31
Matçlar təxirə salındı
25 Dekabr 2024 20:33
Baxış sayı:197
Bu xəbər 15 Yanvar 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















