Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

İstedadlı şair, nüfuzlu publisist

İstedadlı şair, nüfuzlu publisist

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tofiq Hüseyn – 80

Çağdaş mətbuat və poeziyamızda öz imzası ilə tanınan qələm sahiblərindən biri olan Tofiq Hüseynin 80 illik yolu sözə, yaradıcılığa və jurnalistikaya sədaqət nümunəsidir.

1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olan Tofiq Hüseyn gənc yaşlarından ədəbiyyata böyük maraq göstərib. Kənd həyatı, doğma torpağa bağlılıq dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Onun ilk şeiri olan “Yarpaq” Azərbaycan Xarici Dillər İnstitutunun (indiki ADU) qəzetində dərc olunub. Bir il sonra isə Xəlil Rzanın təqdimatı ilə Masallı rayonunun “Çağırış” qəzetində işıq üzü görən silsilə şeirləri gənc şairi ədəbi mühitdə tanıdıb.

Ötən əsrin 60-70-ci illərində Bakıda Azərbaycanın görkəmli şairlərinin rəhbərliyi ilə fəaliyyət göstərən ədəbi dərnəklərdə Tofiq Abdin, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Seyran Səxavət, Məmməd Oruc, Eldar Baxış kimi istedadlı şair və yazıçılarla ünsiyyət quran Tofiq Hüseyn ədəbi yaradıcılığını daha da genişləndirib. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən “Gənc qələmlər” ədəbi birliyi də gənc yazarların formalaşmasında mühüm rol oynayıb. Tofiq Hüseynin “Pələng” şeiri də bu ədəbi birlikdə geniş müzakirələrə səbəb olub. Xalq şairi Cabir Novruz şeiri bənd-bənd təhlil edib və bədii dəyərini yüksək qiymətləndirib. “Azərbaycan gəncləri” qəzetində dərc olunan məlumatda da şeirin müsbət qarşılandığı qeyd edilib.

Tofiq Hüseyni fərqləndirən əsas cəhətlərdən biri də həyat hadisələrinə və insana diqqətlə yanaşmasıdır. Sovet dövründə ədəbiyyatın aparıcı istiqamətlərindən olan əmək mövzusunda yazılan əsərlərin əksəriyyəti ideoloji yanaşmalar üzərində qurulurdu. Lakin Tofiq Hüseyn kimi yeni nəsil şairlər bu çərçivəni aşaraq insan əməyinin dəyərini göstərməyi bacarırdılar. “Fəhlə əlləri” şeirində şair zəhmətin əsl izlərini daşıyan fəhlə əllərindən bəhs edir.

1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əli Bayramlı (indiki Şirvan) şəhərində jurnalistika sahəsində fəaliyyətə başlayan, “İşıq” qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışan Tofiq Hüseyn uzun illər bölgə mətbuatının inkişafında jurnalistikanın peşəkar prinsiplərinə sadiq qalıb. Müstəqilliyin ilk illərində isə yeni yaradılmış Hacıqabul rayonunda nəşr olunan “Hacıqabul” qəzetinin ilk baş redaktoru kimi bölgə mətbuatının formalaşmasına mühüm töhfələr verib. Sonrakı illərdə “Həyat” qəzetinin cənub, 1997-ci ildən etibarən “Respublika” qəzetinin Muğan–Şirvan bölgəsi üzrə xüsusi müxbiri kimi jurnalist peşəkarlığı və məsuliyyəti ilə tanınıb, həmin dövr həyatının ən məhsuldar illəri kimi yadda qalıb.

Tofiq Hüseyn bir jurnalist kimi Saatlı və Sabirabad ərazilərində çadır düşərgələrində son dərəcə çətin şəraitdə yaşayan məcburi köçkünlərin yanında olub, onların problemlərini işıqlandırmağa çalışıb. Biləsuvar rayonunda Cəbrayıl məcburi köçkünləri üçün salınan müasir qəsəbənin inkişafı və sakinlərin sosial vəziyyəti ilə bağlı çoxsaylı yazılarla çıxış edib. 2010-cu ildə Kür çayının daşması nəticəsində Şirvan bölgəsinin bir neçə yaşayış məntəqəsi su altında qalıb. Tofiq Hüseyn onların üzləşdiyi çətinlikləri işıqlandırıb.

Tofiq Hüseynin çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. 2005-ci ildə “Tərəqqi” medalına, 2013-cü ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülməsi onun mətbuata xidmətinin ən dəyərli göstəricilərindəndir.

Xalq şairi Xəlil Rza Ulutürk Tofiq Hüseynin poeziyasını belə dəyərləndirib: “Tofiqin misralarında klassik Azərbaycan şeirinin, xüsusilə Səməd Vurğun poeziyasının dərin qatlarından süzülüb gələn bir işıq parlamaqdadır”.

O, 8 şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir. “Sənə inanıram”, “Sənin yaxşılığın”, “Üzünə gün işığı düşən adam”, “Seçilmiş əsərləri” və s. kitabları şairin zəngin söz dünyasını əks etdirir. Tofiq Hüseyn müasir dövrün hadisələrinə həssas münasibət göstərən sənətkarlardandır. Onun poeziyasında Vətən, müharibə, şəhidlik, insan taleyi və mənəvi dəyərlər aparıcı yer tutur. Qarabağ uğrunda mübarizə və şəhidlərimizin xatirəsi şeirlərində dərin duyğularla ifadə edilir.

Tofiq Hüseynin “Bir ovuc torpaq”, “Od”, “Qış axşamı”, “Tala”, “Yağış yağar”, “Pələng”, “Yoldaş – səni kim apardı”, “Tikan”, “Sinəm ürəyimin tabutu imiş”, “Sənin sol ayağın”, “Yağışdan əvvəl”, “Kövşən bayatısı” təbiətin poetik təcəssümüdür.

Bilmirəm nə oldu güllü kövşənə,
Bilmirəm kim çəkər belə zülümü.
Ən yaxın adamtək ağırdır mənə
O güllü kövşənin vaxtsız ölümü:

Tofiq Hüseyn təbiətlə insan arasındakı görünməz bağları incə poetik hisslərlə qələmə alır, kədəri, nisgili və həyat həqiqətlərini duymağa, oxucusuna ötürməyə çalışır. Ağaclardan, quşlardan, dağlardan bəhs edən misralar insan duyğularının əks-sədası kimi görünür:

Yaz gələndə ağ libasda, mat qoyurdun ağ buludu.
Heyif sənə gözəl ağac, heyif sənə tez qurudun…
Kefə baxırlar indi vura bilmədiyim quşlar.
Ölümlərin üstündən uçurlar, ölümlərinə üstdən aşağı baxırlar.

Yaradıcılığında poeziya ilə publisistikanı vəhdətdə davam etdirən, yazılarında insan taleləri, vətən sevgisi, mənəvi dəyərlər və həyat həqiqətləri xüsusi yer tutan Tofiq Hüseyn bu gün də qələmi ilə xalqımıza xidmətini davam etdirir.

Ləman TƏHMƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2026 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri