Icma.az
close
up
RU
Şair, maarifçi, publisist...

Şair, maarifçi, publisist...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Seyid Əzim Şirvani ədəbiyyatımızın parlaq nümunəsidir

190 il öncə Şamaxıdan doğan Günəş!

Onun yaradıcılığı 19-cu əsr Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Məhəbbəti tərənnüm edən Füzuliyanə qəzəlləri ilə istedadlı lirik şair, maarifçi şeirləri, təmsil, mənzum hekayə və satiraları ilə görkəmli realist sənətkar kimi ədəbiyyatımızda dərin iz buraxmış Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür. Şirvaninin realist şeir yaradıcılığında “Əkinçi” qəzetinin mühüm rolu olub. Yazdığı şeirlərinin böyük əksəriyyətində xalqı qəflət və cəhalət yuxusundan oyatmağa çağırırdı.

Aşiqanə qəzəlləri daha çoxdur...

Şairin qəzəlləri ayrı bir aləmdir. Əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış original əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir.

Şairin fikrincə, var-dövlət bir gün əldən çıxa bilər, lakin sənət heç vaxt itməz. İnsan əlindəki sərmayənin, yəni sənətin köməyi ilə yenə də var-dövlət sahibi olar.

Puç olub getsə dövlətin zayə,

Genə sənətdir əldə sərmayə.

Elmdir əhli-sənətin hünəri,

Elmsiz sənətin nədir səməri?

18 illik əziyyətin sonu...

19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla “Məclis” adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində həmin məktəb fəaliyyətini dayandırmağa məcbur olur.

Onu sevməyənlərin sayı hər gün artırdı

1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur. Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların kəskin müqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.

Ölümü barədə müxtəlif iddialar...

Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il mayın 20-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır.

Böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü də deyilir. Bir variantda isə onun mövhumatçı insanlar tərəfindən qətlə yetirildiyi söylənir. Ancaq birinci ehtimal daha geniş yayılıb.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri