Icma.az
close
up
RU
“İstefa vermirəm...” Hafiz Hacıyev gedişlərə MÜNASİBƏT BİLDİRDİ

“İstefa vermirəm...” Hafiz Hacıyev gedişlərə MÜNASİBƏT BİLDİRDİ

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son günlər Azərbaycan siyasi arenasında maraqlı və diqqətçəkən hadisələr baş verir.

Bakıvaxtı.az-ın məlumatına görə, ölkənin tanınmış siyasi partiya rəhbərləri - Xalq Partiyasının sədri Pənah Hüseyn, Vəhdət Partiyasının lideri Tahir Kərimli sədrlikdən istefa verdiklərini, Ana Vətən Partiyasının qurucusu Fəzail Ağamalı bu barədə düşünməyə başladığını bəyan ediblər. Uzun illər ictimai-siyasi həyatın aktiv simaları olmuş bu şəxslərin ard-arda səhnədən getməsi ictimai rəyin və medianın diqqətindən yayınmadı.

Ən çox səsləndirilən sual isə budur: "Siyasi nəslin dəyişməsi prosesimi başlayıb?" Artıq bəzi müşahidəçilər bu vəziyyəti 90-cı illərin sonundan bəri mövcud olan partiya sistemində köklü dəyişikliklərin baş verməsi kimi dəyərləndirir. Digərləri isə bu qərarları şəxsi və yaşla bağlı faktorlarla izah edirlər.

Məsələyə yanaşmalar müxtəlifdir. Kimisi bu istefaları təmizlənmə, kimisi isə sadəcə siyasi yorğunluğun nəticəsi hesab edir. Lakin bütün hallarda bu dalğanın fonunda diqqət mərkəzinə düşən əsas sual budur: hələ də siyasi səhnədə aktiv qalan partiyalar və liderlər bu prosesə necə baxırlar? İndi hansı mövqedədirlər? Onlar da çəkilməyi düşünürlər, yoxsa mövqelərini daha da gücləndirirlər?

Bu suallara cavab tapmaq üçün daim sərt ritorikası, fərqli çıxışları ilə tanınan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə üz tutduq.

Onun Bakıvaxtı.az-la söhbəti təkcə istefalarla bağlı yox, həm də ölkədəki siyasi gedişatlar, partiyasının gələcək planları və gənclərə verdiyi dəyər ətrafında oldu.

- Hafiz müəllim, son günlər partiya sədrlərinin ard-arda verdikləri istefalar gündəmin əsas mövzusuna çevrilib. Sizcə, bu proses nə ilə bağlıdır - yorğunluq, təzyiqlər, yoxsa başqa bir səbəb var?

- Mən bu qərarların səbəbini şəxsi seçimlərdə görürəm. Tahir Kərimli Milli Məclisdə mandatını verdiyi gündən incik idi, bu da açıq hiss olunurdu. İndi isə açıqlamasında deyir ki, başqa işlərlə məşğul olacaq.

Fəzail Ağamalı isə artıq yaşlanıb, bu da təbii prosesdir. Amma biz Müasir Müsavat Partiyası  olaraq monoton deyilik, əksinə, çox dinamikik və güclüyük. İrəlidə böyük planlarımız var. İstefa dalğası bizi əhatə etmir.

- Siz uzun illərdir siyasi arenadasınız. Bu qərarları eşidəndə, özünüz özünüzə “Bəlkə mən də kənara çəkilim” sualını verdinizmi?

- Qəti şəkildə istefa fikrim yoxdur. Mən siyasətdən getmək niyyətində deyiləm. Mənim siyasi mübarizəm hələ davam edir.

Bizim partiyamız inkişafda olan bir qüvvədir. Mən özüm də bu inkişafın önündə gedirəm. Əksinə, biz bu boşluğu doldurmaq üçün yeni təşəbbüslərlə çıxış edirik.

- Bəzi müşahidəçilər bu gedişləri hakimiyyətin nəzarətində olan "siyasi təmizlik" kimi də dəyərləndirirlər. Siz bu fikirlərlə razısınızmı?

- Mən bu fikirlərlə razı deyiləm. Bu, gedənlərin şəxsi qərarlarıdır. Hər kəsin yaşı, vəziyyəti, siyasi motivasiyası fərqlidir. Amma onu da deyim ki, Fəzail Ağamalı partiya rəhbərliyinə özgə adam gətirməyəcək, necə deyərlər, "Keçəl Həsən, Həsən keçəl" - hamısı eyni dairədə fırlanır. Bizdə partiya içi demokratiya var.

- Müasir Müsavat Partiyasının gələcəyi necə görünür? Yaxın zamanda nəsil dəyişikliyi, rəhbərlik dəyişikliyi gözlənilirmi?

- Bizdə gənclər və qadınlar qanadı aktiv inkişaf edir. Yeni simalar partiyaya cəlb olunur. Ancaq bu o demək deyil ki, biz rəhbərlikdən çəkiləcəyik. Mən hələ də partiyamın başında dayanmışam və qarşıdakı mərhələdə bu inkişafı daha da sürətləndirəcəyik.

- Hazırda Azərbaycanın siyasi mühitində ciddi rəqabət varmı?

-– Biz Prezident İlham Əliyevi həyatımızdan artıq istəyirik və onun siyasi kursunu dəstəkləyirik. Amma bu o demək deyil ki, biz passivik. Əksinə, müstəqil şəkildə fəaliyyət göstəririk, vətəndaşlarımızın sosial problemlərini gündəmdə saxlayırıq.

- Gənclər bu boşalan yerə gəlirlərmi? Onlara siyasi tribuna açılırmı?

- Bizim partiyada gənclərə xüsusi önəm verilir. Onlar tribuna qazanır, tədbirlərdə və siyasi proseslərdə aktiv iştirak edirlər. Mən şəxsən buna çox önəm verirəm. Biz yalnız yaşlı liderlər partiyası deyilik.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri