Icma.az
close
up
RU
İstehlakçılar almadıqları mallara görə hər il 500 milyon manat ödəyir AİB sədri

İstehlakçılar almadıqları mallara görə hər il 500 milyon manat ödəyir AİB sədri

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ilin sonuna bir ay qalıb. İl ərzində istehlakçılar tərəfindən dövlət orqanlarına və vətəndaş cəmiyyətinə bir çox şikayətlər daxil olub. Bəs il ərzində ən çox şikayət hansı sahədən olub?


Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son 4 ildə istehlakçıların aldadılması trendi mürəkkəb texniki cihazlardan qaynaqlanır:


“Burada da mobil telefonlar birinci yerdə dayanır. İstehlakçıları aldatma yarışında bir sıra şirkətlər dayanır. Amma şikayət olmayan şirkətlər də var. Ən çox şikayət texniki cihazlarla bağlı gəlir. İstehlakçıların hüquqlarını pozan bəzi şirkətlərlə bağlı əsas məsələ onlarla dialoqa girib problemi həll etməyin müşkül olmasıdır. Təəssüflər olsun ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti demək olar ki, bu qurumların əlində acizdir, yaxud özləri acizlik göstərirlər”.
 

E.Hüseynovun sözlərinə görə, ikinci sırada ərzaq malları ilə bağlı şikayətlər gəlir:
 

“Yararlılıq müddəti keçmiş ərzaq məhsulları, endirim adı ilə satılan, amma əslində endirim edilməyən məhsullar buraya daxildir. Lakin supermarketlər şəbəkəsində öndə duran məsələ taxçada qiymətin aşağı olması, amma kassada daha yüksək olmasıdır. Şikayətləri ümumiləşdirsək, Azərbaycan istehlakçıları bir ildə almadıqları mal üçün 500 milyon manat pul ödəyirlər. Məsələn, sonuncu şikayət marketdən badımcan alan şəxsdən gəlmişdi. Belə ki, vətəndaş 86 qəpiklik badımcan alır, amma tərəvəz bölməsində işləyən şəxs 26 manatlıq ekzotik meyvənin qiymətini vurur və ödənilməsi tələb edilir. İstehlakçılar supermarketlər şəbəkələrində kartla ödəniş zamanı böyük aldadılmaya məruz qalırlar. Onların almadıqları məhsullar yazılır. Bu, çox geniş yayılmış istehlakçı şikayətidir. Marketlərdə süni qiymət artımı elektron mallardan sonra ikinci yerdə dayanır.
İstehlakçılar yağlarla bağlı da daim zəng edir, şikayətlərini bildirirlər. Mənşəyi bilinməyən yağların üzərinə bitki yağı yazılır”.
 

AİB sədri qeyd edib ki, sənaye mallarından da şikayətlər olur:
 

“Bu sektorda birinci yerdə onlayn satış şəbəkələri dayanır. Məsələn, son günlər ən çox şikayət yeni meydana çıxmış onlayn ticarət şəbəkəsi Temu-dan gəlir. Vətəndaş reklam kampaniyasında göstərilən məhsulu sifariş verir, amma başqa məhsul gəlir. Bir vətəndaş 2 ədəd saat sifariş verib, ona üzərində saat əqrəbləri olan karton göndərilib. Yaxud qalın tava reklam olunub, sifariş gələndə isə yüngül alimüminium tava gəlib.
Eyni zamanda avtomobil təmiri, sığorta kimi xidmət sahələrindən də şikayətlər daxil olur. Çox təəssüflər olsun ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı effektsiz işləyir. Təsadüfi deyil ki, cənab Prezident bir ay öncə həmin qurumu Prezident Administrasiyasına tabe olan quruma çevirib. Biz düşünürük ki, bu qurumun yenidən təşkilindən sonra "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik olacaq və effektli işləyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see293

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see270

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see221

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see211

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see208

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see185

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see179

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see168

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see152

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see145

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri