Bavariya Liverpul a 75 milyon ödəyir
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Liverpul" və "Bavariya" kolumbiyalı futbolçu Luis Diasın transferi ilə bağlı razılıq əldə edib.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşrinin jurnalisti Florian Plettenberq məlumat yayıb.
28 yaşlı futbolçunun Münhen klubuna keçidi artıq yekunlaşdırılmış sayılır. Onun tibbi müayinəsinin nəticələri gələn həftə bəlli olacaq. Müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Bildirilir ki, "Bavariya" bu transfer üçün "Liverpul"a 75 milyon avro ödəyəcək.
Qeyd edək ki, Luis Dias "Liverpul"a 2022-ci ilin qışında "Portu" klubundan transfer olunmuşdu. Ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxan vinger 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 27 İyul 2025 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















