Icma.az
close
up
RU
İstehsal böyük, emal kiçik

İstehsal böyük, emal kiçik

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın kənd təsərrüfatında pomidor artıq uzun illərdir həm istehsal, həm də ixrac üzrə lider mövqeyini qoruyur. Ölkədə pomidor istehsalı kifayət qədər yüksəkdir və bu sahə ildən-ilə genişlənərək iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilir. Təzə pomidor ixracının qeyri-neft sektorunda uzun müddətdir ilk yerlərdə olması, həm həcmin, həm də bazar payının artması bu potensialı daha da gücləndirir. Lakin mövcud göstəricilər əsasən xammal – yəni təzə pomidor satışına aiddir. Bu isə çox vacib bir sualı gündəmə gətirir. Bəs pomidorun emalı və emal məhsullarının istehsalı hansı səviyyədədir? Ölkəmizdə pomidor emalının potensialı nə qədərdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, pomidor emalı ümumi məhsulun çox cüzi hissəsini təşkil edir: "Azərbaycanda pomidor istehsalı və ixracı sürətlə artır. Amma pomidorun emalı - konserv, tomat pastası, ketçup və s. hələ xammal istehsalına nisbətən məhduddur. Azərbaycanda sənaye emalı xammal istehsalına nisbətən kiçik pay təşkil edir. Son illərin beynəlxalq təhlilləri göstərir ki, emal olunan hissə əvvəlki illərdə istehsalın 3 faizi səviyyələrində olub. Bu o deməkdir ki, əsas kütlə təzə pomidor kimi satılır, sənaye emalı isə hələ ümumi istehsalın kiçik hissəsini tutur”. 

A.Nəsirli mağazalarda qarşımıza çıxan yerli məhsullardan da bəhs etdi: "Azərbaycanda həm tomat pastası, həm də ketçup mağaza şəbəkələrində satılır. Yəni bu məhsullar daxildə hazırlanır. Mağazalarda yerli və idxal ketçuplarının qarışığını da görmək olar”.

İqtisadçının fikrincə, pomidor məhsulları içində tomat pastası daha çox istehsal olunur: "Dünya praktikası və regional təcrübəyə görə tomat pastası böyük miqyasda ixrac və sənaye tədarükü baxımından əksər hallarda daha gəlirli olur. Ketçup-sous isə əlavə emal xərcinə, fermentlərə, əlavələrə və brend-marketinqə bağlıdır, amma daha çox istehsal-marketinq investisiyası tələb edir. Azərbaycanda pastanın kütləvi emalı üzrə beynəlxalq rəqabətə çıxacaq böyük sənaye həcmi məhduddur. Buna görə gəlirlilik konkret şirkətdən-şirkətə fərqlənir”. 

A.Nəsirli bildirdi ki, sırf statistikada bu məhsullarla bağlı heç bir məlumat qeyd olunmur. Buna da səbəb rəqəmlərin azlığıdır: "Emal olunmuş məhsulların tam daxili tələbatı ödəməsi və yerli istehsal payı kateqoriyadan-kateqoriyaya dəyişir. Yerli pomidordan hazırlanan məhsullarla bazarın bir hissəsini təmin edirik. Çox kiçik səviyyədə ixrac da edirik. Amma kütləvi ixrac mövcud deyil. Pomidor məhsulları ilə bağlı ümumi statistika da göstərilmir. Bu da onların bazarda çox kiçik həcmdə olduğundan xəbər verir. Pomidor istehsalının təxminən üç faizi emal edilir. O da yerli tələbatın bir hissəsini ödəyir. Qalan hissəsi isə idxal olunur”.  

İqtisadçı Cəfər İbrahimli düşünür ki, emal müəssisələrinin olması istehsal olunan məhsulun itkiyə getməməsi üçün çox vacibdir: "İstehsal olunan pomidorun bir hissəsi emala yönəldilir. Emala yönəldilən istehsal olunan məhsulun 10-15 faizi həcmindədir. Pomidorun emal olunmasının üstün cəhətləri mövcuddur. Çünki pomidor bir müddət qaldıqdan sonra xarab olur. İstehlak olunmayan hissədə itkinin qarşısının alınması üçün konserv zavodları böyük rol oynayır. Zavodlar olmasaydı pomidorun 20-30 faizi itkiyə gedərdi”.

C.İbrahimlinin sözlərinə görə, emal müəssisələrinin tam güclə işləməsi üçün bütün imkanlar mövcuddur: "Hazırda Azərbaycanda bu sahə üzrə konserv zavodları mövcuddur. Regionlarda kifayət qədər konserv zavodları var. Bu zavodlar pomidorun emalında istifadə olunur. Bu zavodlar həm özləri pomidor yetişdirir, həm də fermerlərdən pomidor satın alaraq emalı təmin edirlər. Emalın artırılması üçün ölkəmizdə kifayət qədər imkanlar mövcuddur. İstehsal artdıqca emal da artacaq”.

İqtisadçı deyir ki, emal olunan məhsulun çox cüzi hissəsi ixraca yönəldilir: "Yerli pomidorlardan hazırlanan məhsulların bir hissəsi daxili bazara çıxarılır. O səbəbdən pomidorun emalı, konservləşdirilməsi ilə bağlı ölkəmizdə heç bir problem mövcud deyil. Hətta öz daxili bazarımız təmin olunduqdan sonra emal olunan məhsullar ixrac üçün də ayrılır. Bir hissəsi isə ixraca yönəldilir. Lakin emal məhsullarının ixracı çox cüzi səviyyədədir”. 

Məlumat üçün bildirək ki, Azərbaycanda pomidor istehsalı yüksək səviyyədədir və bu xammalın emalı ölkənin əsas konserv zavodlarında həyata keçirilir. Onlardan biri Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodudur. Zavod pomidor emalı sahəsində aparıcıdır. Məhsullar tənəkə, şüşə, aseptik torba, karton və plastik qablaşdırmalarda təqdim olunur. Zavodun pomidor emalı üzrə faktiki istehsal həcmi barədə dəqiq məlumat yoxdur. Biləsuvar Konserv Zavodu da pomidor məhsulları istehsal edir. Zavod pomidor emalı üzrə regionun əsas müəssisələrindən biridir. Lənkəran Konserv Zavodu da bu sahədə fəaliyyət göstərərək pomidor məhsulları istehsalını həyata keçirir. Bu zavodlarda müxtəlif markalara aid tomat pastası, soyulmuş pomidor, pomidor turşusu və digər tərkibində pomidor olan konservləşdirilmiş məhsullar istehsal olunur. 

Mənbə: "Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri