“İstənilən hücuma cavab verəcəyik” Pezeşkian
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İstənilən hücuma cavab verəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistan Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi istənilən hücuma qarşılıq verməyə hazırdır.
İran Prezidenti vurğulayıb ki, ABŞ-nin keçmişdə beynəlxalq hüququ pozmasına baxmayaraq, Pakistanın atəşkəs təşəbbüsü Tehranın məsuliyyətli mövqeyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir:
“İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasına hər iki tərəf əməl etməlidir”.
O, Sirri adası və Lavan adası ərazilərinə edilən hücumların razılaşmanın pozulması olduğunu bildirib.
Pezeşkianın sözlərinə görə, Tehranın irəli sürdüyü 10 şərtdən biri də Livan ərazisində atəşkəsin təmin edilməsidir: “İran istənilən hücuma cavab verəcək”, – deyə o əlavə edib.
Şahbaz Şərif də İsrailin Livana hücumlarının dayandırılmasının razılaşmanın bir hissəsi olmalı olduğunu bildirib və Pakistanın regionda sabitlik və sülhün təmin edilməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Aprel 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















