Icma.az
close
up
RU
“İstəsən ağıllı kamera qoy, istəsən ağılsız, bu, problemin həlli yolu deyil” Ekspert

“İstəsən ağıllı kamera qoy, istəsən ağılsız, bu, problemin həlli yolu deyil” Ekspert

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, “ağıllı svetoforların” tətbiqində məqsəd yolayrıclarında yaranan sıxlığı azaltmaq və nəqliyyat axınını daha effektiv tənzimləməkdir.
Bəs bu yenilik paytaxtdakı tıxac problemini azalda biləcəkmi?
Nəqliyyat eksperti İlqar Hüseynov Yeniavaz.com-a açıqlamasında bildirib ki, paytaxtda tıxac problemi elə mərhələyə çatıb ki, onu texniki vasitələrlə aradan qaldırmaq mümkün deyil:
“Bakı artıq tıxacla mübarizədə məğlub olub. İstəsən orada ağıllı kamera qoy, istəsən ağılsız kamera, bu, problemin həlli yolu deyil. Mənim proqnozum budur ki, bu cür tədbirlər effekt verməyəcək və sadəcə dövlət vəsaitinin lazımsız layihələrə xərclənməsi kimi görünəcək. Əgər bir şəhərin nəqliyyat ötürmə imkanları artıq tam dolubsa, avtomobillərin sayı həmin şəhər üçün fantastik dərəcədə çoxdursa, üstəlik bu say durmadan artırsa, o zaman gündəlik hərəkəti “svetofor”lar vasitəsilə tənzimləmək mümkün deyil”.
İlqar Hüseynov qeyd edib ki, kəsişmələrdə çəkilən sarı torlu zolaqlar və quraşdırılan kameralar da pik saatlarda effekt vermir:
“Hazırda kəsişmələrdə sarı torlu zolaqlar çəkilib. Məqsəd ondan ibarətdir ki, sıxlıq yarandığı halda nəqliyyat vasitələri həmin sahələrdə dayanmasın. Lakin nəqliyyatın sayı bu qədər çox olduqda,  xüsusən pik saatlarda avtomobillər məcburən həmin torların üzərində dayanmalı olurlar”.

İlqar Hüseynov
İlqar Hüseynovun sözlərinə görə, problem nəzarətin zəifliyində yox, ümumi hərəkət intensivliyinin aşağı olmasındadır:
“Hərəkət intensiv deyilsə, orada adi kamera qoymaqla, ağıllı kamera qoymaqla, hətta daha sərt nəzarət mexanizmləri tətbiq etməklə də ciddi və əsaslı dönüş əldə etmək mümkün olmayacaq. Prospektlərin bir hissəsinin ictimai nəqliyyat üçün ayrılması ümumi hərəkət zolaqlarını daha da məhdudlaşdırıb”.
İlqar Hüseynovun fikrincə, paytaxtda yol hərəkətinin təşkili planlı şəkildə aparılmalı və uzunmüddətli konsepsiya hazırlanmalıdır:
“Mən hesab edirəm ki, dünyanın hər hansı bir şəhərində görülən bir tədbiri olduğu kimi gətirib Bakıda tətbiq etmək mümkün deyil. Dünyanın heç bir şəhərində paytaxt yolları bu qədər qarışıq şəkildə xətlərə bölünməyib, bu qədər müxtəlif rənglər və nişanlamalarla yüklənməyib. Bakıda yollar o qədər müxtəlif rənglər və boyalarla işarələnib ki, artıq sürücülər özləri də harada dayanmalı, harada hərəkət etməli olduqlarını bilmirlər. Burada beyin mərkəzləri, mütəxəssislər günlərlə, aylarla oturub ortaq məxrəcə gəlməli, ciddi və uzunmüddətli konsepsiya hazırlamalıdırlar. Yolların ötürücülük imkanlarının artırılması, parklanma qaydaları, dayanma-durma rejimi bu konsepsiyada açıq şəkildə göstərilməlidir”.
Fəridə Əsədzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri