Icma.az
close
up
RU
İstəsən 1, istəsən 5 kv.m Nə qədər pulun var, o qədərini al!

İstəsən 1, istəsən 5 kv.m Nə qədər pulun var, o qədərini al!

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İlkin ödəniş və aylıq kredit öhdəliklərinə görə mənzil almaq istəyini təxirə salanlar üçün sevindirici xəbər var. “Kristal”​ daşınmaz əmlak bazarında innovativ və vətəndaşyönümlü “Evini hissə-hissə al”satış modelinə start verir. 

Bu model mənzil almaq istəyən, amma kredit və faiz yükü istəməyən hər kəs üçün nəzərdə tutulub. Təklif olunan modelin əsas üstünlüyü aylıq ödəniş öhdəliyinin olmamasıdır. Müştəri istədiyi mənzili seçir, istədiyi qədər yaşayış sahəsi alır və bu sahə onun adına rəsmiləşdirilir.

İstər 1 kvadrat metr, istər 5 kvadrat metr! Alıcı istədiyi vaxt və əlində vəsait olduqca əlavə kvadratlar almaqla mənzilini böyüdə bilir. Bu müddət ərzində heç bir bank faizi və ya kredit artımı tətbiq olunmur; ödənilən hər bir manat birbaşa mənzil sahəsinə çevrilir. Müştərinin daha əvvəl aldığı kvadrat metrlər bazarın qiymət artımından birbaşa faydalanır.

Daşınmaz əmlakın qiyməti yüksəldikcə alıcının sahib olduğu sahənin dəyəri də eyni nisbətdə artır və bu da yatırılan vəsaitin inflyasiyadan qorunmasını təmin edir.

Bu modelin ən diqqətçəkən tərəfi isə kredit və faiz anlayışının olmamasıdır. Burada nə faiz var, nə də aylıq ödəniş öhdəliyi. Müştəri yalnız öz büdcəsinə uyğun vaxtda və istədiyi məbləğdə ödəniş edir.

Əgər sonda müştərinin topladığı məbləğ seçdiyi mənzili almağa kifayət etməzsə və ya seçilən mənzil həmin müddətdə satılarsa, alternativ seçimlər təklif olunur. O, həmin günün bazar dəyərinə uyğun hesablanan topladığı dəyəri “Kristal”ın digər layihələrində də uyğun mənzilə çevirə bilər. 

Müştəri gələcəkdə mənzil əldə etmək istəməsə və ya nə vaxtsa fikrini dəyişsə, o zaman yatırdığı vəsaiti illik 12% artımla istənilən zaman geri ala bilər. (12% illik gəlir hər bir ödəniş məbləği üzrə vəsaitin yatırıldığı tarixdən etibarən ayrıca qaydada və faktiki saxlanma müddətinə mütənasib olaraq hesablanaraq tətbiq olunur.)

“Kristal”ın “Evini hissə-hissə al!” satış modeli ilə sən də heç bir kredit yükü olmadan, heç bir aylıq ödəniş öhdəliyi olmadan mənzilinə hissə-hissə sahib ol.

Ətraflı məlumat üçün satış ofislərinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsiniz.

kristal.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri