Icma.az
close
up
RU
Bu problemin güc yolu ilə həlli real deyil Ekspert

Bu problemin güc yolu ilə həlli real deyil Ekspert

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Belə görüşün baş tutması tam atəşkəs və sülh sazişinin ortaya çıxmasına səbəb ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün olması ehtimalını şərh edərkən deyib.

Ekspert bildirir ki, ilk növbədə belə bir görüşü mümkün edən mühitin yaranmasına ehtiyac var və bu da Rusiyanın başladığı yay əməliyyatının nəticəsindən asılıdır:

"Telefon danışığında Putin yay əməliyyatına başlayacağı ilə bağlı Trampı xəbərdar etmişdi. Bundan sonra da Rusiyaya 50 günlük möhlət tanındı. Ardınca da Tramp Ukraynanı dəstəkləyən ölkələrə ABŞ-dan silah almaq razılığını dəstəklədi. Yəni Kiyevə də Rusiyanın hücumuna qarşı özünümüdafiə imkanı yaratdı. Liderlərin görüşü məsələsinin gündəmə gəlməsi də verilən həmin möhlət başa çatandan sonra yay əməliyyatının nəticələrindən asılı olan mühitdən qaynaqlanır”. 

Politoloq qeyd edir ki, yay əməliyatı kontekstində Rusiya istədiyi nəticəni əldə edə bilməsə təbii ki, masada onun mövqeləri zəifləyəcək və Ukrayna daha uca səslə danışmağa başlayacaq:

"Bu müharibənin güc yolu ilə həlli və Moskvanın bütün Ukraynanı işğal etməsi real deyil. Trampın Rusiyanı kəskin sanksiyalarla təhdid etməsi və Avropanın Ukraynanı hərbi potensialını gücləndirmək üçün bu ölkəyə investisiya cəlbi məsələsi də perspektivdə Kiyevə böyük imkanlar verəcək. Nəticədə, Rusiya bu müddətdə verdiyi itkilərdən daha ciddi itkilərə məruz qalacaq. Bütün bunların və Rusiyanın qışa doğru iqtisadi çöküşü fonunda Putinin danışıqlara cəlb olunması mümkündür. Çünki Rusiyanın bacarmadığı və bundan artığını etməyə imkanının olmadığı gerçəyi ortaya çıxacaq”. 

Həmsöhbətimiz deyir ki, liderlərin görüşü məsələsi İstanbulda keçirilən üçüncü raund görüşündə də ciddi müzakirə olunub:

"Hətta burada sülh sazişi və davamlı atəşkəsin təmin oluması yönündə də danışıqlar və sənədin hazırlanması üçün konkret təkliflər də müzakirə olub. Müzakirə masasında bunlar varsa, deməli hansısa mərhələdə prezidentlər səviyyəsində görüş də baş tuta bilər”.

Natiq Mirinin fikrincə, Tramp, Ərdoğan, Zelenski və Putinin iştirakı ilə dötdtərəfli görüşün baş tutmasına yönəlik artıq hazırlıqlara başlanılıb:

"Bunun üçün mühüt, şərait, təkliflər hazırlanır”. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüş keçirəcəyini elan edib. Ağ Evin rəhbəri bu cür üçtərəfli danışıqlarda maraqlı olduğunu jurnalistlərlə Şotlandiyaya səfəri öncəsi söhbəti zamanı təsdiqləyib.

Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna üzrə sülh danışıqları çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş təşkil etmək niyyətindədir. Onun sözlərinə görə, tezliklə həm Putin, həm də Trampla danışıqlar aparacaq. Ərdoğan həmçinin bildirib ki, Tramp ona Rusiya və Ukrayna liderləri arasında keçiriləcək mümkün sülh danışıqlarında iştirak etmək istədiyini deyib – əgər Putin də bu görüşə razı olarsa.

Daha əvvəl isə Zelenski avqustun sonlarına doğru Rusiya liderilə görüşə biləcəyinin anonsunu vermişdi. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see325

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see303

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see285

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see264

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see248

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see236

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see227

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see225

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see216

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see216

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see208

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see199

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see199

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see197

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see194

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see194

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see189

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see184

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see183

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri