Icma.az
close
up
RU
“İmişli” harda oynasa, “Küdrü Qartalları” da orda olacaq”

“İmişli” harda oynasa, “Küdrü Qartalları” da orda olacaq”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“İmişli”nin premyer-liqaya yüksəlməsində pay sahibi olanlar sırasında, təbii ki, azarkeşlər də var. Bu mənada komandanın sadiq fanklubu “Küdrü Qartalları”nı nümunə göstərmək olar.

Bəs, azarkeş qrupunun klubun premyer-liqaya yüksəlməklə bağlı təəssüratı necədi? Məlumdu ki, bölgə təmsilçisi ev oyunlarını Bakıda – “ASCO Arena”da keçirmək istəyir. Fanklub bu durumu necə dəyərləndirir?
“Küdrü Qartalları”nın rəhbəri Əli Əliyev “Football-plus.az”ın suallarını cavabladı:

“İmişli camaatını premyer-liqaya yüksəlmək münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Şükürlər olsun ki, 19 ildən sonra yenidən elitadayıq. Bu hissin, sevincin, ab-havanın adı yoxdu. Möhtəşəm nəticəyə imza atmaq üçün əziyyət çəkən hər kəsə – futbolçularımıza, məşqçilərimizə, klub rəhbərliyinə, azarkeşlərə – dərin təşəkkürümü bildirirəm. Fanklub 2022-ci ildə fəaliyyətə başlayıb. Əsas məqsəd azarkeş sayını daha da artırmaq və komandamıza daim hər yerdə güclü dəstək verməkdi. Bizim üçün qələbə də, məğlubiyyət də birdi. Nəticələrdən asılı olmayaraq, həmişə “İmişli”nin yanındayıq. Bu, sadəcə, azarkeşlik deyil, ruh və sədaqətdi. Oyunların Bakıda keçirilməsinə gəlincə, bəli, bu xəbər bizi də məyus etdi. Əlbəttə, komandanın doğma stadionda meydana çıxmasını istərdik. Amma reallığı başa düşürük. Bunu hər kəs bilsin: “İmişli” harda oynasa, “Küdrü Qartalları” həmin stadionun tribunalarında olacaq. Komandanı tək qoymayacağıq. İmişlilərin səsi hər oyunda eşidiləcək”.

Yeri gəlmişkən, Əli bəydən fanklubun adı haqda məlumat almağı da lazım bildik:

“Bu adın arxasında həm mənəvi, həm də tarixi-coğrafi dəyər dayanır. “Küdrü” İmişlinin qədim, köklü və qürurverici bölgələrindən biridi. Bu torpaq həmişə igid övladları, zəngin keçmişi və mübarizə ruhu ilə seçilib. Bu adı daşımağın məqsədi yalnız coğrafi mənsubiyyəti göstərmək deyil, həm də bu torpağın ruhunu, tarixini yaşatmaq və ölkə səviyyəsində tanıtmaqdı. Adın əsas dayaqlarından biri də Vətən Müharibəsi dövründə böyük şücaət göstərən “Küdrü Batalyonu”du. Bu batalyon torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlər verən, qəhrəmanlıq səlnaməsi yazan döyüşçülərdən ibarət idi. Onların şücaəti bu adın içində yaşayır. Biz təkcə azarkeşlik etmirik. Həm də bir ideyanı, əxlaqı və mübarizə tarixini daşıyırıq. Adımız, əslində, bu batalyonun xatirəsinə və əbədi qəhrəmanlarına ehtiram duruşudu. “Qartallar” ifadəsi isə xarakterimizi ifadə edir. Bilindiyi kimi, qartal gücün, mübarizənin, ucalığın və azadlığın rəmzidi. Biz də bu ruhla qartal kimi zirvəyə doğru süzür, həmişə qürurumuzu və kimliyimizi qoruyuruq. “Küdrü Qartalları” həm də bir amal, yaddaşdı. Tariximizdən güc alıb gələcəyə uçmağa hazır olan birliyin adıdı”.


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri