“Belə səhvə görə komandanı atmaq olmaz” “Küdrü Qartalları” texniki məğlubiyyətə necə reaksiya verdi?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli premyer-liqasının 4-cü turunda “İmişli” “Sumqayıt”ı məğlub etsə də, adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxmağın güdazına getdi. AFFA İntizam Komitəsi buna görə srağagün Aran təmsilçisinə texniki məğlubiyyət verdi.
“İmişli”nin əsas azarkeş qrupu olan “Küdrü Qartalları”nın rəhbərlərindən Əli Əliyevin bununla bağlı fikrini öyrəndik:
“Texniki məğlubiyyətə görə klubda bir nəfəri günahlandırmaq olmaz. Texniki işçilərdən kimin səhvi varsa, hər kəs cəzalanmalıdı, cəzasın çəkməlidi. Biz həmişə komandamızın yanındayıq. Belə texniki səhvlərə görə də komandamızı tərk etmirik. Oyunlarımız qabaqdadı. Futbolçularımıza, komandamıza uğur diləyirik. Belə səhvə görə komandanı atmaq olmaz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Sentyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















