Icma.az
close
up
RU
İsti dalğanın sonu görünür: 2 gün sonra havalar dəyişəcək!

İsti dalğanın sonu görünür: 2 gün sonra havalar dəyişəcək!

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə il öncə, dəqiq deyim, 2021-ci ildə ən uzun isti hava dalğası müşahidə olunmuşdu


Günlərdir ki, ölkə ərazisində kəskin istilər davam edir. Gözlər günəşdə, qulaqlarsa səsdədir; hava durumu necə olacaq, temperatur nə zaman aşağı enəcək? Milli Hidrometeorologiya Xidmətinin məlumatı hələ ki ümidverici sayılmaz. Rəsmi məlumata görə, bu gün də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə +25 dərəcədən +29 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 faiz, gündüz 40-45 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək yüksələcək. 


Kəskin istilərin səbəblərini Sherg.az-a izah edən meteoroloq, Lənkəran Dövlət Universitetinin baş müəllimi Cavidan Əliyev bildirdi ki, uzun müddət davam edən isti hava dalğası Ərəbistan yarımadasından daxil olan qaynar tropik hava kütlələri ilə bağlıdır. Nəticədə, havanın maksimal temperaturu Bakıda 38-40, Aran rayonlarında 41, Naxçıvan MR hava limanının məlumatına görə, 42 isti qeydə alınıb. Temperatur göstəriciləri iqlim normasından 3-5 dərəcə yüksək olub. 


C.Əliyev sevindirici xəbər də verdi. Qeyd etdi ki, azacıq da dözmək lazımdır. 2 gündən sonra havanın mülayimləşəcəyi gözlənilir: 

- Avqustun 9-dan başlayaraq şimal-qərbdən daxil olan mülayim hava kütlələri nəticəsində bir neçə gün ərzində temperaturlar 4-6 dərəcə aşağı enəcək. Bakıda havanın maksimal temperaturu 32-33, daha sonra 28-30 dərəcə təşkil edəcək.


C.Əliyev bildirdi ki, əvvəllər də Bakıda yayın bu cür isti keçdiyi müşahidə edilib: 


- Əvvəllər də belə istilər olub. Bir neçə il öncə, dəqiq deyim, 2021-ci ildə ən uzun isti hava dalğası müşahidə olunmuşdu. Bakıda temperatur davamlı olaraq 40-41 dərəcə idi. Havanın mülayimləşməsi, temperaturun enməsi ölkə ərazisinə daxil olan hava kütləsi - küləklərdən də asılıdır. Şimal-qərb küləyi havanın hərarətini aşağı salır. Şimal küləyi qış aylarında da temperaturu endirir. Üstünlük qışda da şimal-qərb küləyindədir. 

Avqust ayında “quyruq doğması” və ya “quyruq donması” baş verdiyi və havaların sərinləməyə başlaması haqqında el arasında məşhur olan məsələ gəlincə, meteoroloq qeyd etdi ki, “quyruğun doğması”, əslində, avqustun 5-6-na təsadüf edir. Amma bu günlər göstərir ki, iqlimdə dəyişikliklər mütləq baş verir. Avqustun 5-6-sını artıq arxada qoymuşuq. “Quyruqsa” nə “doğub”, nə də “donub”: 

- Mütləq deyil ki, havanın sərinləməsi avqustun 5-6-dan sonra, yaxud bir neçə gün sonra olacaq. Bəzən əksinə, avqustun ortaları, bəzən də sonları havalar daha da isti keçir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri