İsti duşun gözlənilməz təhlükələri açıqlandı
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Həkim Ariel Nunyes isti duş qəbul etməyi sevən insanlara bunun sağlamlıq üçün müəyyən təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, isti su dərinin həddindən artıq qurumasına səbəb olur. Dermatiti və ya allergiyası olan şəxslərdə isə bu, xəstəliyin kəskinləşməsi riskini artırır. Mütəxəssis bildirib ki, isti su baş dərisində yağ ifrazını artırır, eyni zamanda saçların uclarını qurudaraq zədələyə bilər.
Nunyes əlavə edib ki, isti duş qan damarlarının genişlənməsinə səbəb olduğundan arterial təzyiqin aşağı düşməsi ilə nəticələnə bilər. Bu vəziyyət adətən başgicəllənmə və halsızlıqla özünü göstərir.
Həkimin sözlərinə görə, isti duşun digər mənfi təsirləri arasında bütün bədəndə qaşınma, dərinin təbii qoruyucu baryerinin zədələnməsi və çoxlu buxar səbəbindən tənəffüs yollarında narahatlıq da yer alır.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 İyun 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















