Icma.az
close
up
RU
İsti havada qəhvə içmək orqanizmi necə zəiflədir?

İsti havada qəhvə içmək orqanizmi necə zəiflədir?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay aylarında bir fincan soyuq qəhvə belə bədənə əlavə yük yarada bilər.

AzPost xəbər verir ki, rusiyalı endokrinoloq və nutricioloq Darya Xaykina isti havalarda, xüsusilə günorta saatlarında qəhvə qəbulunun sağlamlıq üçün təhlükəli nəticələrə yol aça biləcəyini bildirib. Həkimin sözlərinə görə, həm isti, həm də soyuq qəhvənin təsiri onun temperaturu ilə deyil, tərkibindəki kofeinlə bağlıdır.

Kofein sinir sistemini stimullaşdırır, ürək döyüntüsünü sürətləndirir və dərialtı qan dövranını artıraraq bədənin daxili temperaturunu qaldırır. Orqanizm isə bu “qızışmanı” tənzimləmək üçün avtomatik olaraq tərləməni gücləndirir. Bu səbəbdən bir çox insan buzlu qəhvə içsə belə, az sonra həddindən artıq tərlədiyini hiss edir.

Bundan əlavə, kofein adrenalinin ifrazını artıraraq tənəffüsü tezləşdirir, arterial təzyiqi yüksəldir və maddələr mübadiləsini sürətləndirir. İsti havada bu effektlər bədənin enerji ehtiyatlarını daha tez tükəndirir və orqanizmdə zəiflik, halsızlıq hissi yaradır.

Qəhvənin başqa bir təsiri isə onun sidikqovucu funksiyasıdır. Bu, yay aylarında su itkisini artıraraq susuzlaşma riskini yüksəldir, nəticədə qan təzyiqi düşür, enerji səviyyəsi aşağı enir və hətta psixoloji vəziyyətə – əhval-ruhiyyəyə mənfi təsir göstərə bilir.

Darya Xaykina tövsiyə edir ki, xüsusilə isti aylarda kofeinli içkilərdən maksimum uzaq durmaq, əvəzində su, ot çayları və mineral balansı bərpa edən təbii içkilərə üstünlük verilməlidir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri