İsti havalar diabet və ürək xəstəlikləri riskini artıracaq
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qlobal istiləşmə diabet və ürək xəstəliklərinə səbəb olan halları əhəmiyyətli dərəcədə artıra bilər.
Demokrat.az xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupunun araşdırmasında deyilir.
Tədqiqatda 41 ölkədən 116 000 könüllü iştirak edib. Alınan məlumatların təhlili göstərib ki, isti günlərdə apne riski 45% artıb. Obstruktiv yuxu apnesi yuxu zamanı tənəffüsün qısa müddətə dayandığı, yuxu strukturunun pozulduğu, şəkərli diabet, hipertoniya riskini artıran, yol-nəqliyyat hadisələrinə səbəb olan ciddi sağlamlıq problemidir.
Müəlliflərin fikrincə, iqlim sabitliyinin qorunub saxlanılması yuxu pozğunluqlarının və əlaqəli xəstəliklərin qarşısının alınması üçün effektiv tədbirlərdən biri ola bilər.
Alimlər bildirir ki, əgər qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə (1850-1900) müqayisədə 1,8 °C və ya daha çox artarsa, 2100-cü ilə qədər obstruktiv yuxu apnesinin yayılması 1,2-3 dəfə artacaq.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Xroniki yuxusuzluq ürək xəstəlikləri, şəkərli diabet və demensiya riskini artırır
19 Sentyabr 2025 08:44
Gizli yağlar ürək xəstəlikləri riskini artırır
08 Fevral 2025 20:08
Naringin ürək xəstəlikləri riskini minimuma endirir
20 Avqust 2025 14:20
Piylənmə və ürək xəstəlikləri döş xərçəngi riskini artırır
08 İyul 2025 15:18
Yağlı yemək ürək xəstəlikləri riskini artırır ARAŞDIRMA
07 Yanvar 2025 10:12