Icma.az
close
up
RU
Gizli yağlar ürək xəstəlikləri riskini artırır

Gizli yağlar ürək xəstəlikləri riskini artırır

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni bir araşdırma əzələlərin içində və ətrafında gizli şəkildə yığılan yağın (əzələdaxili yağ - IMAT) ürək xəstəlikləri səbəbilə ölüm və ya xəstəxanaya yerləşdirilmə riskini artırdığını göstərib. Maraqlıdır ki, bu risk insanın bədən kütlə indeksi (BKİ) nə olursa olsun keçərlidir. Yəni arıq və ya kök olmaq fərq etmir - əsas məqam əzələlərin içindəki gizli yağ yığılmasıdır.

Qaynarinfo xəbər verir ki, araşdırmanın həmmüəllifi, Brigham and Women's Hospitalın Kardiyak Stress Laboratoriyasının direktoru Dr. Viviani Taqueti mövzu ilə bağlı bildirib:

"Əzələdaxili yağın ürək xəstəliyi riskini artırdığını bilmək, BKİ-dən asılı olmayaraq risk altında olan insanları müəyyən etməyə kömək edir".

Dr. Taquetiyə görə, BKİ ürək sağlamlığı üçün yetərli göstərici deyil, çünki xüsusilə qadınlarda daha "zərərsiz" yağ tiplərini əks etdirə bilər.

Əzələdaxili yağ və sağlamlığa təsiri

Əzələdaxili yağ bir çox insanda az miqdarda olsa da mövcuddur. Lakin yaş artdıqca bu yağın miqdarı da arta bilər. Həddindən artıq yığıldıqda isə insulin müqaviməti, 2-ci tip şəkərli diabet, əzələ gücünün azalması və hətta hərəkət məhdudiyyətləri kimi sağlamlıq problemlərinə yol aça bilər.

Bu araşdırmada IMAT səviyyəsinin ürək sağlamlığına təsiri araşdırılıb.

Tədqiqatın detalları:

* 669 xəstə araşdırmaya daxil edilib.

* Bu şəxslər sinə ağrısı və ya nəfəs darlığı yaşayır, lakin koronar damar tıxanıqlığı əlaməti göstərmirlər.

* Xəstələrin 70%-i qadın, 46%-i isə qeyri-ağdərili şəxslərdən ibarətdir.

* Orta yaş həddi 63-dür.

* PET/BT müayinələri və bədən tərkibinin analizi ilə əzələdaxili yağ nisbətləri ölçülüb.

Risk göstəriciləri

Nəticələrə görə, IMAT səviyyəsi yüksək olan xəstələrin ürək-damar funksional pozuntusu (CMD) yaşama ehtimalı daha yüksəkdir. Üstəlik, bu şəxslər:

* Ürək tutması, ürək çatışmazlığı və ya ürək xəstəliyindən ölüm riski ilə daha çox üzləşirlər.

* Məsələn, əzələdaxili yağ miqdarında cəmi 1%-lik artım,

* Ürək-damar xəstəlikləri riskini 2%,

* Böyük ürək problemləri riskini isə 7% artırır.

Yağın yığılma yeri və risk faktoru

Araşdırma bədənində daha çox yağsız əzələ kütləsi olan insanların bu risklərdən daha qorunduğunu göstərir. Maraqlı bir məqam isə budur:

* Dərinin altındakı piylər (subkutan yağ) bu riski artırmır.

* Lakin əzələlərin içində yığılan yağ iltihablanmaya və insulin müqavimətinə səbəb ola bilər.

* Bu proses zamanla ürək damarlarına zərər verə bilər.

Dr. Taqueti qeyd edir:

"Əzələlərin içindəki yağ bədənin digər bölgələrində yığılan yağlardan fərqli olaraq, iltihablanmaya və insulin müqavimətinə səbəb ola bilər. Bu da zamanla ürəyi qidalandıran damarların zədələnməsinə gətirib çıxarır".

Ürək sağlamlığı üçün nə etməli?

Bu araşdırma təkcə çəkiyə nəzarət etməyin kifayət etmədiyini göstərir. Ürək xəstəliklərindən qorunmaq üçün aşağıdakı addımları atmaq tövsiyə olunur:

* Mütəmadi fiziki aktivlik və idman - əzələ kütləsini artırmaq üçün güc məşqləri və aerobik hərəkətlər faydalıdır.

* Bədəninizdə yağın harada yığıldığını nəzərə almaq * təkcə çəkiyə deyil, bədən tərkibinə də diqqət yetirmək vacibdir.

* Sağlam qidalanma * iltihab əleyhinə təsir göstərən qidalar (meyvə, tərəvəz, sağlam yağlar) qəbul etmək ürək üçün faydalıdır.

Ürək xəstəliklərindən qorunmaq üçün təkcə kiloya deyil, bədənin daxili yağ paylanmasına da diqqət etmək vacibdir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Fevral 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri