Icma.az
close
up
RU
İsti içkilər xərçəng yarada bilər? ARAŞDIRMA

İsti içkilər xərçəng yarada bilər? ARAŞDIRMA

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 avqust, AZƏRTAC

Yüksək temperaturda olan içkilər sağlamlıq üçün risk yarada bilər. 2016-cı ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 65 dərəcədən yüksək temperaturda içilən içkiləri “ehtimal olunan kanserogen” kimi təsnif edib. Bu, əsasən, Cənubi Amerikada mate çayı (təxminən 70 dərəcədə içilir) ilə özofagus (qida borusu) xərçəngi arasındakı əlaqəni göstərən tədqiqatlara əsaslanır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, son illərdə Böyük Britaniyada yarım milyondan çox insan üzərində aparılan araşdırma da bu əlaqəni təsdiqləyib. Nəticələrə görə, gündə səkkiz və ya daha çox stəkan isti çay və ya qəhvə içən insanların qida borusu xərçənginə tutulma riski altı dəfə artır. Çox isti mayelər yemək borusunun selikli qişasını zədələyə bilər. Zamanla bunun xroniki zədə xərçənginin inkişafına səbəb olması mümkündür. Heyvanlar üzərində aparılan təcrübələr də göstərib ki, yüksək temperatur (təxminən 70 dərəcə) xərçənglə bağlı dəyişiklikləri sürətləndirir. Başqa bir ehtimala görə isə istilik yemək borusunun müdafiə mexanizmini zəiflədir və mədə turşusu reflüsü nəticəsində əlavə zədələnmə baş verir. Bu da xərçəng riskini artırır. Buna görə də temperatur və içmə vərdişləri çox önəmlidir. Risk yalnız içkinin temperaturundan deyil, həm də onun necə içildiyindən asılıdır. Böyük qurtumlarla çox isti içkilər qəbul edildikdə, qida borusundakı temperatur sürətlə artır və hüceyrələr daha çox zədələnir. Kiçik qurtumlarla içmək isə daha təhlükəsiz hesab olunur.

Mütəxəssislərin hesablamalarına görə, qəhvə üçün optimal içmə temperaturu 57–58 dərəcədir. Bu, həm dadı qoruyur, həm də sağlamlıq riskini azaldır. Təhlükəsiz istehlak üçün tövsiyələr isə aşağıdakılardan ibarətdir:

- İsti içkilərin soyuması üçün vaxt ayırmaq lazımdır. Araşdırmalar göstərir ki, içkinin temperaturu 5 dəqiqə ərzində 10-15 dərəcə azalır;

- Qarışdırmaq və üfürmək soyumanı sürətləndirə bilər;

- Qabın qapağını açıq saxlamaq içkinin soyumasını iki dəfə tezləşdirir.

- Sərin su və ya süd əlavə etmək temperaturu təhlükəsiz həddə sala bilər.

- Kiçik qurtumlarla içmək daha təhlükəsizdir.

Qeyd edək ki, ümumilikdə isti içkilər zərərli deyil. Risk onların yüksək temperaturda və böyük miqdarda içilməsindən qaynaqlanır. İsti içkilərin bir qədər soyumasını gözləmək, sağlamlıq üçün sadə, amma vacib bir addımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri