Icma.az
close
up
RU
İsti su içməyin 12 faydası

İsti su içməyin 12 faydası

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suyun insan həyatında əvəzsiz rolu və sağlamlıq üçün nə dərəcədə önəmli olduğu hamıya məlumdur.

Ancaq suyu isti halda içmək soyuq içməkdən daha çox fayda verir. Belə ki, soyuq əvəzinə suyu isti və ya ilıq içərək bədəninizi daha mükəmməl hala gətirə bilərsiniz... Beləliklə, isti suyun faydaları...

1. Çəki itirmə

Əgər bir neçə artıq kilonuzun olduğunuzu  düşünürsünüzsə, metabolizminizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaqdır. Bunun üçün günə içinə biraz limon sıxılmış isti su içərək başlayın. Metabolizminizi sürətləndirməklə yanaşı isti su yağ təbəqəsinin də parçalanmasına öz təsirini göstərəcəkdir.

2. Burun və boğazın təmizlənməsi

İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitəsir. Bəlğəmi aradan qaldırır və bədəndən kənar olmasını təmin edir. Nəticədə də boğazı rahatladır, həmçinin burun tutulmasının aradan qaldırılmasında da yardımçı olur.

3. Menstruasiya sancıları

İsti su menstruasiya sancılarının azaldılmasına müsbət təsir göstərir. Suyun temperaturunun qarın əzələləri üzərində sakitləşdirici və rahatladıcı təsiri vardır ki, bu da nəticədə yığılma və spazmların azalmasında effektivdir.

4. Detoks

İsti su detoks prosesində inanılmaz köməkçidir. İsti su içdiyiniz zaman bədən temperaturunuz yüksəlməyə başlayır ki, bu da tərləmənizə səbəb olur. Bu, arzu olunan haldır, çünki toksinlərin bədənimizdən kənarlaşmasına yardımçı olur. Ən effektiv nəticə əldə etmək üçün isə içmədən əvvəl suya biraz limon sıxın.

5. Erkən yaşlanmanın qarşısını almaq

Toksinləri bədəninizdən kənarlaşdırmaq istəməyinizin bir səbəbi də var: toksinlər sizi daha sürətli yaşlandırır.

İsti su içmək elastikliyi azalmış və sərbəst radikalların aşındırdığı dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir və beləliklə də dəriniz daha gənc və yumşaq görünür.

6. Civzələr və qara nöqtələrin qarşısının alınması

İsti su bədəninizi dərindən təmizləyir və civzələrin yaranmasının əsas səbəblərini aradan qaldırır.

7. Sağlam və canlı saçlar

İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün ən ideal vasitələrdəndir. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu, saçlarınızın təbii canlılığının geri qazanılmasında və sağlam görünməsində olduqca təsirlidir.

8. Daha çox saç

İsti su içərək saç köklərinə təsir etmənin bir başqa müsbət təsiri də saçlarınızın çoxalması və daha sağlam uzanmasıdır.

9. Kəpəyin yaranmasının qarşısının alınması

İsti su saç dərinizi nəmləndirəcəyi üçün dərinin qurumasının və kəpəyin yaranmasının qarşısını alır.

10. Daha çox qan dövranı və daha sağlam sinir sistemi

İsti su işməyin digər bir əhəmiyyətli faydası da əzələlərinizin və sinir sisteminizin düzgün fəaliyyət göstərməsi üçün önəmli olan qan dövranının artmasıdır. Həmçinin ətrafındakı yağ yığınını parçalayır və sinir sisteminizin daha sağlam çalışmasına yardımçı olur.

11. Həzmetmə

İsti su xüsusilə həzm üçün çox faydalıdır. Araşdırmalar yemək əsnasında və yeməkdən sonra soyuq su içilməsinin qəbul edilən qidaların tərkibindəki yağı sərtləşdirdiyini ortaya çıxarıb. Bu səbəbdən içdiyiniz bir stəkan soyuq suyu isti su ilə əvəz etsəniz, bu problemlə qarşı-qarşıya qalmazsınız.

Həmçinin isti su yeməkdən sonra yaşanan həzmsizlik problemlərinə də müsbət təsir göstərir.

12. Bağırsaq hərəkətləri

İsti su bağırsaqlarınızın düzgün və sancısız fəaliyyətinə yardımçı olur. Susuzluq xroniki qəbizlik problemlərinə yol aça bilər.

Bağırsaqlarda nəcisin toplanması bağırsaq hərəkətlərini də yavaşıdır.

Səhərlər müntəzəm olaraq mədəniz boş halda, acqarına bir stəkan isti və ya ilıq su içməyiniz tövsiyə olunur. Bu, bağırsaqlarınızda olan hər hansı qalıqları həll edər və bağırsaqlarınızın daha düzgün və ağrısız fəaliyyətinə yardımçı olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri