İsti havada soyuq su içməyin, yoxsa...
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə terapevt və kardioloq Andrey Kondraxin "Aif.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, orqanizm həddindən artıq qızdıqdan sonra soyuq su içilməsi daxili orqanların kəskin soyumasına səbəb olur.
"Soyuq su mədəni tez soyudur, qan isə bu soyuqluğu qaraciyər və mədəaltı vəzə ötürür. Bu isə orqanizm üçün stress yaradır və soyuqdəymə riskini artıra bilər", - deyə o qeyd edib.
Mütəxəssis isti havalarda buzlu içkilər əvəzinə ilıq su içməyi tövsiyə edib. Onun sözlərinə görə, bədən temperaturuna yaxın olan su daha sürətlə mənimsənilir, əlavə enerji sərf olunmadan orqanizmin maye ehtiyatını bərpa edir.
Andrey Kondraxin isti havalarda düzgün su qəbulunun da vacibliyini vurğulayıb. O bildirib ki, gündəlik su norması hər kiloqram çəkiyə təxminən 30 millilitr hesabı ilə müəyyənləşdirilməlidir. Su bir dəfəyə deyil, kiçik qurtumlarla və tədricən içilməlidir. Gəzinti zamanı da suyu az-az qəbul etmək tövsiyə olunur. Həkim bildirib ki, qısa müddətdə çoxlu su içmək ürəyə əlavə yük yarada bilər. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 İyul 2026 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















