Icma.az
close
up
RU
İsti torpaqda görüş...

İsti torpaqda görüş...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ər-Riyad razılaşması nəyə yol açacaq?

Tramp üçlü plan üzərindən “imtahan” verəcək - Putin Avropaya “yol” axtarır

2022-ci ildən dünyanın diqqət mərkəzində olan Rusiya - Ukrayna müharibəsi “finala” yaxınlaşır. ABŞ-da hakimiyyət dəyişikliyinin ardından münaqişəyə baxışın dəyişməsi yeni situasiyanı şərtləndirdi - Donald Trampın sələfi Baydendən fərqli olaraq “yeganə yol müharibədir” tezisi üzərində israr etməməsi problemin masa arxasında həlli üçün zəmin yaradıb. Artıq danışıqlarla bağlı detallar demək olar ki, hazırdır.

Ünvan dəqiqləşdi: Ər - Riyad...

Qeyd edək ki, fevralın 12-də Donald Tramp ilə Vladimir Putinin telefon danışığından sonra gündəmə gələn görüş məsələsi artıq reallaşır. Belə ki, ABŞ və Rusiya nümayəndələri arasında Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar bu gün - fevralın 18-də Səudiyyə Ərəbistanında keçiriləcək. Bu barədə Amerikanın “Axios” portalı xəbər yayıb. Fevralın 17-nə keçən gecə yayılan məlumatda bildirilir ki, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxil olacaq. Vals və Vitkoff artıq 3 gündür Səudiyyə Ərəbistanındadır, Marko Rubio isə dünən İsrailə səfərini yekunlaşdıraraq Ər-Riyada gəlib.

Rusiya nümayəndə heyətinin dəqiq tərkibi son anadək açıqlanmasa da, “Axios”un ekspertlərinin fikrincə, görüşdə iştirak edəcək Kreml komandasını xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin təmsil edəcək. Bundan əlavə, danışıqlara Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, ABŞ-da təhsil almış Kiril Dmitriyevin də qatılacağı gözlənilir.

“Kommersant” qəzeti də fevralın 16-da mənbələrə istinadən xəbər verib ki, danışıqlar çərşənbə axşamı Səudiyyə Ərəbistanında baş tutacaq. Nəşr dəqiq yeri də göstərib: Ər-Riyad...

Zelenski koordinata 2 saatlıq məsafə qədər yaxınlaşıb...

Qeyd edək ki, danışıqlarda Ukrayna da təmsil olunacaq. Zelenski fevralın 16-da axşam saatlarında Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib. “FlightAware”-in məlumatına görə, bazar günü Ukrayna prezidentinin təyyarəsi Münhendən Polşanın “Rzeşov-Yasionka” hava limanına, oradan isə Əbu-Dabiyə uçub. Oradan Ər-Riyada isə 2 saatlıq uçuş məsafəsi mövcuddur.

“Politico”“ya adının açıqlanmasını istəməyən ukraynalı rəsmi bildirib ki, Kiyev üçün Səudiyyə Ərəbistanında danışıqlar barədə xəbərlər sürpriz olub. Ukrayna nümayəndələri fevralın 16-da Səudiyyə Ərəbistanına işgüzar səfərə gəliblər, lakin Ukrayna prezidentinin ofisi müharibəni bitirmək planı hazırlanmayana qədər Rusiya tərəfi ilə görüşməyi planlaşdırmadığını bildirib. Ukrayna hökumətindəki mənbə BBC Rus Xidmətinə bildirib ki, Ukrayna nümayəndə heyəti görüşə dəvət olunmayıb və Kiyev Səudiyyə Ərəbistanına danışıqlar aparan şəxslər göndərməyib.

Saatlar tənzimlənir - 100 gün gözləməyə ehtiyac qalacaqmı?

Son ana qədər bütün detalları gizli saxlanılan görüşün nəticəsinin XXI əsrin siyasi-iqtisadi gündəmini müəyyənləşdirəcəyi proqnozlaşdırılır. Münaqişənin bitirilməsi ilə bağlı razılığın əldə olunması həm dünyanı “qlobal səksəkə”dən xilas edəcək, həm də mübarizənin mahiyyətini dəyişəcək. Necə ki, Trampın hakimiyyətə gəlişi ABŞ-ın dünya liderliyi uğrunda mübarizə strategyasında iqtisadi bloku birinci sıraya daşıyıb, bu razılığın da əldə edilməsi yeni dövrün inkişaf xarakteristikasını müəyyən edəcək.

Qərb polittexnoloqları münaqişənin gözlənildiyi kimi, “Kelloq planı”na əsasən nizamlanacağını düşünür. Düzdür, bu görüşdə hazır mexanizmin ortaya qoyulmasına inam elə də böyük olmasa da, qarşıdakı dövr üçün Kelloqun həm də daşıdığı statusa uyğun olaraq tərəflər arasında “elçi” ola biləcəyi düşünülür. Trampın öz elçisinə “100 gün möhlət” tanıması da bundan qaynaqlanır. Qarşıdakı 100 gün Kreml-Kiyev razılaşmasının real sənədinin hazırlanması üçün müddət ola bilər.

Plana əsasən...

İqtisadi blokun siyasi-hərbi kateqoriyanı üstələməsi məsələsinə boş yerə toxunmadıq. Hələ seçkilər öncəsi Donald Tramp Şərqi Avropadakı müharibəni dayandıracağını bəyan edirdi. Dolayı kontekstdə “Rusiya mənim mübarizə planıma daxil deyil” kimi mövqe sərgiləyən Tramp münaqişənin gələcəyinin bu və ya digər şəkildə “status-kvo” vəziyyətində dayandırılmasının tərəfdarı olduğunu önə sürürdü. Bu isə ABŞ üçün yeni perspektiv yaradır. Belə ki:

- Müharibə indiki vəziyyətdə dondurulsa, Ukrayna itirdiklərini yenidən qazanmaq ümidi ilə ABŞ-ın ətrafında “peykə” çevriləcək;

- Rusiya isə sanksiyalar zəncirindən qurtulmaq üçün Vaşinqtonla yaxınlaşmaya meyl göstərəcək;

- Vaşinqton isə bu məsələdə ikili xal qazanacaq - həm Aİ üzərində hegemonluğu artırmaq üçün şans əldə edəcək, həm də Çinə qarşı iqtisadi müharibədə Rusiya ilə yaxınlaşma ehtimalına ümid bəsləyəcək.

Beləliklə, Trampın tənzimləmə məsələsində niyə “Kelloq planı”na üstünlük verdiyi bir daha bəlli olur. Kelloqun ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Fred Fleytz ilə həmmüəllifi olduğu plan Kiyevin Moskva ilə danışıqlara başlamaması halında Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandıracağını nəzərdə tutur. Rusiyanın danışıqlardan imtina etməsi, əksinə, Amerikanın Ukraynaya dəstəyinin artmasına səbəb olacaq. Plana görə, tərəflər “mövcud cəbhə xətti” əsasında atəşkəs barədə razılığa gəlməlidirlər. Beləliklə, yuxarıda qeyd edilən hər 3 tezis Kelloq planının ana xəttini təşkil edir.  Sadəcə olaraq, burada əsas məsələ Ukraynaya real vəziyyəti başa salmaq və Rusiyanı illərdir ki, “təbliğatı aparılan” cənubdan Çin təhlükəsi məsələsinə inandırmaqdır. Xatırladaq ki, ABŞ siyasi texnoloqları son dövrdə bu istiqamətdə fikirlərini daha da “komplektləşdirib”.

Rusiyanın “əli” güclənəcək...

Təbii ki, ortada Rusiyanın da həm maraqları, həm də gözləntiləri var. Belə ki, müharibənin dayanması bu və ya digər şəkildə Rusiya üçün qlobal enerji bazarına yenidən dönmək imkanı tanıya bilər. Onsuz da sanksiya dövründə belə Avropanın bəzi şirkətləri ilə Rusiya arasında əlaqələr tam dayandırılmamışdı - hətta bəzi ölkələr Rusiyadan enerji idxalını davam etdirirdi. Hazırki situasiya isə onların əlini daha da möhkəmləndirəcək.

Bu məqam Rusiyaya xüsusi bir üstünlük vəd edir - artıq Avropa ABŞ çətiri altında olmadığını anlayır. Başqa sözlə, qitənin təhlükəsizlik arxitekturası Avropanın özü tərəfindən hazırlanmalı və reallaşdırılmalıdır. Baş verənlər göstərdi ki, “kollektiv Qərb” anlayışı olduqca kövrək mahiyyətə malik idi - Trampın bir “toxunuşu” bu kollektivi darmadağın etdi...

Bəli, ABŞ və Rusiya arasında yeni razılaşmalar yeni dövrdə yeni münasibətlər sisteminin əsasını qoyacaq. Belə demək mümkündürsə, “İsti torpaq”dakı görüşdən isti münasibətlər doğa bilər...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see252

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see223

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see214

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see213

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see206

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see155

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see154

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see153

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see146

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see135

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see133

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see132

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see130

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri