Icma.az
close
up
RU
İstifadə müddəti bitdikdən sonra yeməməli olduğunuz 6 ən yaxşı qida

İstifadə müddəti bitdikdən sonra yeməməli olduğunuz 6 ən yaxşı qida

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Son istifadə tarixi keçdikdən sonra qətiyyən yeməməyiniz məsləhət görülən ən təhlükəli 6 qida kateqoriyasını açıqlanıb. Hətta məhsul normal görünürsə, xoş qoxu gəlirsə və pulunuza heyfiniz gəlirsə belə, onları dərhal atın.

Lent.az xarici mediaya istinadla həmin məhsullar barədə xəbər verir.

1. Çiy ət

Son istifadə tarixi keçdikdən sonra çiy ət, toyuq, mal və ya donuz əti yemək üçün qətiyyən yararsızdır. Bu cür məhsullarda çox sürətlə təhlükəli bakteriyalar, xüsusilə salmonella və E.coli çoxalır və ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

Məsləhət: Əti soyuducuda maksimum 1-2 gün saxlayın, tarixi keçməsə belə. Bişirməyi düşünmürsünüzsə, dərhal dondurun.

2. Balıq və dəniz məhsulları

Təzə balıq çox tez xarab olur. Bir neçə saat içində belə risk artır. Balığı alış günündə və ya ən gec 48 saat sonra istifadə etmək lazımdır. Daha sonra parçalanma prosesi başlayır, bəzən bunu görmək olmur, amma çox təhlükəlidir.

Əlamətlər: sürüşkən səth, kəskin və ya “kimyəvi” qoxu.

3. Kolbasa və dilimlənmiş ət məhsulları

Hazır dilimlənmiş ət məhsulları vaxtı keçdikdən sonra Listeria bakteriyasına görə çox təhlükəlidir. Bu bakteriya hətta soyuducu temperaturunda belə çoxalır.

Təhlükə əlamətləri: boz və ya yaşıl rəng, yapışqanlıq, turş qoxu.

4. Hazır qablaşdırılmış salatlar

Görünüşləri normal olsa belə, qablaşdırılmış salatlar və hazır qarışıq yarpaqlar bakteriyalar üçün mükəmməl yerdir. Hər keçən gün mikroblar artır.

Məsləhət: Salatları hermetik qabda saxlayın və açdığınız tarixi qeyd edin.

5. Pastərizə olunmamış və yumşaq pendirlər

Bri, feta, kamamber, rikotta kimi yumşaq və pastərizə edilməmiş pendirlər son tarixdən sonra xüsusilə təhlükəlidir. Onlarda listeriya və digər mikroorqanizmlər sürətlə çoxalır.

Məsləhət: Kiçik porsiyalar alın və mümkün olan ən soyuq yerdə saxlayın. Xam ətin yanında yox.

6. Göbələk

Göbələkdə təhlükə təkcə mədə pozuntusu deyil. Xarab olmuş göbələklərdə toksinlər və hətta botulizm sporları ola bilər.

Əlamətlər: sürüşkənlik, qaralma, kəskin qoxu.

Məsləhət: Göbələyi salfetli kağız paketdə saxlayın. Belə o daha uzun müddət təzə qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri