İstifadəçilərə Windows yeniləməsindən çəkinmək tövsiyə olundu
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Microsoft rəsmi olaraq Windows 11 24H2 yeniləməsində geniş yayılmış texniki nasazlığı təsdiqləyib. Sözügedən problem bir sıra cihazlarda yeniləmənin bloklanmasına səbəb olur.
Redaktor.az xəbər verir ki, istifadəçilər yeniləməni quraşdırmağa cəhd etdikdə **0x80240069** səhv kodu ilə qarşılaşırlar.
Bu zaman *wuauserv* adlı yeniləmə xidməti gözlənilmədən dayanır və nəticədə yükləmə və quraşdırma prosesi ya ümumiyyətlə başlamır, ya da yarımçıq qalır.
Başlanğıcda Microsoft yeniləmənin yayımını uyğunluq problemləri səbəbilə məhdudlaşdırmışdı. Lakin hazırkı bloklanma texniki nasazlıqla — konkret olaraq 8 aprel 2025-ci il tarixində yayımlanmış **KB5055528** yaması ilə əlaqələndirilir. Problem əsasən **Windows Server Update Services (WSUS)** və **SCCM** sistemlərindən istifadə edən qurğuları əhatə edir.
Hazırda Microsoft bu problemlə bağlı konkret həll yolu təqdim etməyib və araşdırmalar davam edir. Şirkət nasazlığın nə zaman aradan qaldırılacağı barədə dəqiq tarix açıqlamayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















