İrana səfərdən çəkinmək tövsiyə olunur
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan vətəndaşlarına müraciətində deyilir.
"Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
[email protected]
+98 905 523 01 07
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
[email protected]
+961 4 922 066", - müraciətdə deyilir.
Bu mövzuda digər xəbərlər:İstifadəçilərə Windows yeniləməsindən çəkinmək tövsiyə olundu
02 May 2025 12:47
Tramp İrana qarşı güc tətbiq etməkdən çəkinmək istəyir Vitkoff
22 Mart 2025 08:28
Melaniya Çarlz III ilə görüşərkən bəzi şeylərdən çəkinmək tövsiyə edilib...
16 Sentyabr 2025 00:56
İmsakda şəkər yeməkdən çəkinmək lazımdır
19 Mart 2025 15:17
Söyləmişdim ki, çəkinmək lazım deyil
30 Noyabr 2024 17:16
Baxış sayı:83
Bu xəbər 13 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















