Icma.az
close
up
RU
İstilik təchizatına dair ictimai dinləmə keçirilib

İstilik təchizatına dair ictimai dinləmə keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə təşkil edilib.

APA-nın xəbərinə görə, ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini Nuranə Abbasova, Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət Müfəttişliyinin rəisi Eldar Əhmədov, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun müavini Teymur Vəliyev və deputatlar iştirak ediblər.

Yeni qanun istilik təchizatındakı problemlərin həllinə yönəlib

Komitə sədrinin müavini Fatma Yıldırım deyib ki, bu qanun yeni tikilən çoxmənzilli binaların da istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək.

Deputat Naqif Həmzəyev isə 3 sual ünvanlayıb: “Mənzil İnşaatı Dövlət Agentliyi MİDA tərəfindən tikilmiş sosial evlərdə mərkəzləşdirilmiş istilik sistemi qurlaşdırılıbmı? Qarabağ və Şərqi Zəngəzurda tikilmiş yeni layihələrdə mərkəzləşdirilmiş istilik sistemləri qurulubmu? Yeni qanun tətbiq edildikdən sonra “Azəristiliktəchizat”ın gəlirlə işləməsi və dövlət büdcəsindən dəstəyin kəsilməsi halının reallaşması üçün hansı addımların atılması planlaşdırılır? “Azəristiliktəchizat” tariflərin artırılması yolu ilə, yoxsa daha innovativ yanaşma tətbiq edərək gəlirlə işləyən təşkilata çevrilməyi hədəfləyir?”.

Vətəndaşlar istilik təchizatı üçün seçim azadlığına malik olacaqlar

Energetika nazirinin müavini Elnur Soltanov nəzərə çatdırıb ki, qanunun qəbulundan sonra vətəndaşların özlərinin qurduğu hər hansı cəmiyyət belə qazanxananı işlədə biləcək: “Yəni istəsələr, “Azəristiliktəchizat”-a müraciət edərlər, istəsələr başqa yerə. Vətəndaşlar özləri qərar verəcək”.

Qazanxanaların hər yerdə quraşdırılması mümkün deyil

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov istilik təchizatı ilə əlaqədar hər yerdə qazanxanaların quraşdırılmasının mümkün olmadığını söyləyib.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində sənədləşmə prosesi aparılır

İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev hazırda dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində bu qanunun tətbiqi üçün sənədlərin hazırlanması prosesinin getdiyini açıqlayıb.

Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə çoxmənzilli yaşayış binalarında mərkəzləşmiş elektrik sistemlərinin qurulmasının əvvəllər də nəzərdə tutulduğunu, indi yenidən bu məsələyə geri qayıdıldığını bildirib.

Mövcud istilik tarifləri real xərcləri əks etdirmir

“Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev qeyd edib ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır: “Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. Naqif Həmzəyev tariflərin artırılması barədə sual verib. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”.

Fərdi istilik sistemləri təhlükə mənbəyi kimi qiymətləndirilir

Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət Müfəttişliyinin rəisi Eldar Əhmədov bu gün çoxmərtəbəli binalarda, fərdi evlərdə fərdi istilik sistemlərinin istifadəsinin təhlükə mənbəyi olduğunu söyləyib: “Bu təhlükə mənbəyinin azaldılmasına xidmət göstərən qanunun qəbulu çox önəmlidir”.

Köhnə binaların istilik təchizatında ciddi problemlər mövcuddur

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev nəzərə çatdırıb ki, mərkəzi istilik sisteminin səmərəliliyi üçün 3 amil olmalıdır: Köhnə binalarla yeni binalar arasında enerji sərfiyyatında 3 dəfəyə qədər fərq var. Əgər binalar enerji tələblərinə cavab verəcəksə, mərkəzi istilik sistemi kifayət qədər səmərəli olacaq. Köhnə binalarda istilik sistemləri ilə bağı çox ciddi çətinliklər və problemlər var, binalar ümumilikdə idarə olunmur. Reputasiyamıza ən böyük zərər vuran bu binalara xidmət göstərməyimizdir. Bu binalara xidmət göstərməklə biz əlavə xərclərə gedirik. Köhnə tikili binalara da yeni qanunun bəzi müddəaları şamil oluna biləcək. Köhnə tipli binalarda da problemlərin həllinə bu qanunun tətbiqi imkan verəcək”.

Bərpa olunan enerji mənbələrinin inteqrasiyası təklif edilib

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyasını təklif edilib.

Tədbir müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri