Icma.az
close
up
RU
Müraciətlərin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib

Müraciətlərin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl məktəbəqədər tərbiyə müəssisələri (körpələr evi, uşaq bağçaları və s.), həmçinin ümumi təhsil müəssisələrinin (məktəb, lisey, gimnaziya, internat və s.) ərazilərində qurumuş və ya qəzalı vəziyyətdə olan yaşıllıqların götürülməsi üzrə müraciətlərin ekoloji qiymətləndirilməsinə dair onlayn ictimai dinləmə keçirilib. SİA xəbər verir ki, ictimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, torpaq mülkiyyətçilərinin xüsusi rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətlərin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər.

Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin ərazilərindəki qurumuş və qəzalı yaşıllıqların götürülməsi ilə bağlı daxil olan müraciətlərin operativ baxılması üçün qarşılıqlı əməkdaşlıq məsələləri və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər də müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri