Icma.az
close
up
RU
Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Milli Məclisin Mədəniyyət komitəsində “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələri, sahə mütəxəssisləri iştirak ediblər.

Komitənin sədri Polad Bülbüloğlu bu gün ölkəmizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini və bu istiqamətdə tarixi və mədəni abidələrə münasibətdə müvafiq işlərin görülməsi ilə bağlı fikirlərini açıqlayıb. O, tarixi abidələrimizin bərpası, mühafizəsi, tədqiqi və təbliği sahəsində mühüm addımların atıldığını bildirib. Həmçinin tarix və mədəniyyət abidələrimizin qorunmasına ictimaiyyət tərəfindən diqqət və qayğının artdığını söyləyib.

Sonra iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edib. Mövzunun əhəmiyyətindən danışan nazir tarixi və mədəni abidələrin Azərbaycanın mədəni irsinin tərkibi olduğunu deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində yeni istiqamətlər müəyyən edilib və bunlar “Azərbaycan Mədəniyyət strategiyası 2040” sənədinin layihəsində öz əksini tapıb. O, mədəni irsin növləri və əhatə dairəsi, onun idarə olunması, hüquqi çərçivəsinin müəyyən edilməsi kimi məsələlərin vacibliyindən söhbət açıb. Nazirlikdə işçi qrupunun yaradıldığını, “Mədəni irs haqqında” qanun layihəsi üzərində işlərin aparıldığını, habelə mədəni irsə vahid baxış, vahid idarəetmənin formalaşdırılması, mədəni irsin bərpası, qorunması və təbliği istiqamətində tədbirlər planının hazırlandığını diqqətə çatdırıb.

Adil Kərimli hazırda qeydiyyatda 6150 tarixi mədəniyyət abidəsinin mövcud olduğunu, onlardan 4300-dən çoxunun Mədəniyyət Nazirliyinin idarəetməsində yer aldığını, onların qeydiyyatı, pasportlaşdırılması ilə bağlı məsələlərin vahid çərçivədə həyata keçirilməsinin planlaşdırıldığını deyib. Bu istiqamətdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna edilən son dəyişikliyin məqsədəmüvafiq olduğunu diqqətə çatdırıb.

Nazir tarix və mədəniyyət abidələrinin qorunması sahəsində təbliğat və maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

O, bu gün Prezidentin tapşırığı ilə tarixi və mədəniyyət abidələrinin bərpası istiqamətində ciddi işlərin həyata keçirildiyini, xüsusilə işğaldan azad edilmiş ərazilərdə dağıdılmış və zərər görmüş abidələrin bərpası və konservasiyası ilə bağlı genişmiqyaslı layihələrin icra olunduğunu vurğulayıb. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən önəmli addımların atıldığını xüsusi qeyd edib.

Dinləmədə Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, deputatlar Şahin Seyidzadə, Əlibala Məhərrəmzadə, Elnarə Akimova, Gülşən Paşayeva, Ülviyyə Həmzəyeva, Sahib Alıyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, tarix və mədəniyyət abidələrinin mühafizəsi, milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ölkəmizdə görülən işlər barədə fikirlərini açıqlayıblar. Tarix və mədəniyyət abidələrinin elektron reyestrinin yaradılması ilə bağlı məsələnin vacibliyindən bəhs ediblər. Həmçinin milli-mənəvi dəyərlərimizin qorunmasının gənc nəslə aşılanmasının önəmini qeyd ediblər. Abidələrin mühafizəsini tənzimləyən qanunvericilik bazasının formalaşdığını və bu istiqamətdə təkmilləşdirmə işinin davam etdirildiyini bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, müstəqil ekspert Faiq Nəsibov abidələrin qorunmasında institusional, maliyyə, insan resurslarının zəruriliyi, bərpa üzrə mütəxəssislərin hazırlanması, milli irsə diqqət və qayğı sahəsində ictimaiyyətin maarifləndirilməsi məsələlərinin əhəmiyyətini vurğulayıblar. Tarix və mədəniyyət abidələrinin aşkarlanması, bərpası, onların dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil edilməsi istiqamətində davamlı işlərin həyata keçirildiyini söyləyiblər. Abidələrin vəziyyətinə və istifadəsinə nəzarətin gücləndirilməsi, onlara vurulan zərərlə bağlı məsuliyyətin müəyyənləşdirilməsi, onların mühafizəsi sahəsində müasir texnologiyalardan geniş istifadə edilməsi və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Müzakirələr zamanı mədəniyyət naziri Adil Kərimli çıxışlarda səsləndirilən fikirlərə münasibət bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri