Icma.az
close
up
RU
İstiqlal Bəyannaməsi: müstəqil dövlətçilik yolunda tarixi addım

İstiqlal Bəyannaməsi: müstəqil dövlətçilik yolunda tarixi addım

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1918-ci ilin 28 may tarixi Azərbaycan xalqının milli yaddaşına azadlıq, qürur və dövlətçilik rəmzi kimi həkk olunub. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, Şərqdə və müsəlman aləmində ilk dünyəvi, hüquqi və demokratik respublika kimi tarixə düşdü. Cümhuriyyətin yaranması xalqımızın müstəqillik arzularının və milli mənlik şüurunun təntənəsi idi.

XX əsrin əvvəllərində dünyanın siyasi xəritəsində yeni düzən formalaşarkən Azərbaycan xalqı da azad və suveren dövlət qurmaq uğrunda tarixi bir addım atdı. Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlər müasir Azərbaycan dövlətçiliyinin təməlini qoydu. Dövlət atributlarının – üçrəngli bayraq, gerb və himnin təsis olunması, milli ordunun formalaşdırılması və Bakı Dövlət Universitetinin açılması bu qısa dövrün mühüm nailiyyətlərindəndir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan 200-dən çox qanun ölkənin hüquqi, sosial və iqtisadi inkişafına ciddi təsir göstərdi. Parlamentdə müxtəlif millət və din nümayəndələrinin təmsil olunması demokratik idarəetmənin bariz nümunəsi idi. Qadınlara seçki hüququnun verilməsi isə dövrünün qabaqcıl qərarlarından biri kimi tarixə düşdü. Ədalətli məhkəmə sisteminin qurulması, təhsilin milliləşdirilməsi və vətəndaş bərabərliyi prinsiplərinin təsbit olunması Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji və hüquqi irsini formalaşdırdı.
Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması istiqamətində də ciddi işlər görüldü. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı və Avropa dövlətlərinə müstəqil Azərbaycanın qurulması barədə göndərilən rəsmi sənədlər ölkəmizin beynəlxalq hüququn subyekti kimi qəbul olunmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində Azərbaycan adının dünya xəritəsindən silinməsinin qarşısı alındı və milli kimliyimiz qorundu.
Təəssüf ki, bu müstəqil dövlət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin işğalı ilə Cümhuriyyət süquta uğradı. Lakin onun ideyaları və dövlətçilik prinsipləri xalqın yaddaşından heç zaman silinmədi. 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu təsdiq edildi. Bu, təkcə hüquqi bir qərar deyil, həm də mənəvi və ideoloji bir bağlılığın ifadəsi idi.
Azərbaycanın dövlət müstəqilliyi XX əsrin sonlarında yenidən bərpa edildikdən sonra böyük sınaqlarla üz-üzə qaldı. Daxili siyasi çəkişmələr, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir zamanda xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, dövlətçiliyi möhkəmləndirdi və müstəqilliyin qorunmasını təmin etdi. Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi təsdiqlədi. Bu hadisə müstəqil dövlətçiliyə gedən yolun əsasını təşkil etdi.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını müasir reallıqlara uyğun şəkildə davam etdirərək həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə böyük nailiyyətlər əldə edib. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması dövlətçilik ənənələrimizə verilən yüksək qiymətin göstəricisidir.
Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməklə, həm də Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yarımçıq qalmış arzusunu gerçəkləşdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi Zəfər müstəqilliyimizin dönməzliyini və xalqın öz torpaqlarına sahib çıxmaq iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu prinsiplər – xalq hakimiyyəti, hüquqi dövlət, milli birlik və demokratik dəyərlər – müasir Azərbaycan dövlətinin əsas sütunlarını təşkil edir. 28 May – Müstəqillik Günü təkcə tarixi bir hadisə deyil, milli ruhun, azadlıq əzminin və dövlətçilik iradəsinin rəmzidir. Azərbaycan xalqı bu mirasa sahib çıxır və onu gələcək nəsillərə ötürmək əzmindədir.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri