Icma.az
close
up
RU
İstiqlal Bəyannaməsi: bir millətin “biz varıq” demə anı

İstiqlal Bəyannaməsi: bir millətin “biz varıq” demə anı

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən şərəfli və taleyüklü səhifələrindən birini yazdı. Həmin gün müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və xalqımızın azadlıq, milli dövlətçilik və müstəqillik idealları bütün dünyaya bəyan olundu. Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi yalnız hüquqi-siyasi sənəd deyildi, eyni zamanda əsrlər boyu dövlətçilik ənənələrini qoruyub saxlamış xalqın iradəsinin, milli kimliyinin və azad yaşamaq əzminin təntənəsi idi.

XX əsrin əvvəllərində dünyada baş verən mürəkkəb geosiyasi proseslər, imperiyaların dağılması və milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycan xalqı üçün də tarixi fürsət yaratdı. Çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda yaranmış siyasi boşluq Azərbaycan ziyalılarını və milli qüvvələri müstəqil dövlət yaratmaq istiqamətində qəti addımlar atmağa sövq etdi. Məhz belə mürəkkəb və ziddiyyətli bir dövrdə xalqın qabaqcıl ziyalıları, dövlət xadimləri və siyasi liderləri milli maraqları hər şeydən üstün tutaraq müstəqil Azərbaycan dövlətinin əsaslarını qoydular”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov bildirib ki, İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Azərbaycan xalqının suveren hüquqları rəsmən təsbit olundu. Politoloqun sözlərinə görə, bu sənəddə hakimiyyətin xalqa məxsus olması, bütün vətəndaşların hüquq bərabərliyi, milli və dini mənsubiyyətindən asılı olmayaraq insanların azad yaşamaq hüququ kimi mühüm demokratik prinsiplər əksini tapmışdı. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti yalnız milli dövlətçilik nümunəsi deyil, həm də Şərqdə demokratik idarəçilik modelinin əsasını qoyan mütərəqqi siyasi sistem idi.

“Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etdi. İlk parlament və hökumət formalaşdırıldı, dövlət atributları — bayraq, gerb və himn təsis edildi, dövlət sərhədləri müəyyənləşdirildi. Ana dilinin dövlət dili elan olunması, milli ordunun yaradılması, təhsil və maarifçilik sahəsində islahatların həyata keçirilməsi Cümhuriyyətin milli dövlətçilik strategiyasının əsas istiqamətlərindən idi.

Azərbaycan parlamenti dövrün ən demokratik qanunverici orqanlarından biri hesab olunurdu. Burada müxtəlif siyasi partiyalar və milli azlıqlar təmsil edilirdi. Parlamentin qəbul etdiyi qanunlar ölkədə demokratik idarəçilik sisteminin formalaşmasına, insan hüquq və azadlıqlarının təmin olunmasına, iqtisadi və mədəni inkişafın sürətləndirilməsinə xidmət edirdi. Xüsusilə qadınlara seçki hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin demokratik mahiyyətini bütün dünyaya nümayiş etdirən mühüm tarixi addım idi. Bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarına seçki hüququnun tanınması dövlətin müasir və qabaqcıl dəyərlərə söykəndiyini göstərirdi,” — deyə politoloq Nicat İsmayılov qeyd edib.

Nicat İsmayılov vurğulayıb ki, Cümhuriyyət dövründə xarici siyasət sahəsində də mühüm uğurlar qazanıldı: “Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınmağa başladı, milli maraqların müdafiəsi istiqamətində diplomatik fəaliyyət genişləndirildi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində 1920-ci ilin yanvarında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu, gənc dövlətin beynəlxalq nüfuzunun artmasının və siyasi legitimliyinin mühüm göstəricisi idi. Lakin mürəkkəb beynəlxalq vəziyyət, xarici müdaxilələr və bolşevik Rusiyasının hərbi təzyiqi nəticəsində 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyuldu. Buna baxmayaraq, Cümhuriyyətin yaratdığı milli dövlətçilik ideyası xalqın yaddaşından silinmədi. Azərbaycan xalqı müstəqillik arzusu və azadlıq idealını sovet hakimiyyəti illərində də qoruyub saxladı”.

Politoloqun sözlərinə görə, XX əsrin sonlarında Sovet İttifaqının süqutu ilə Azərbaycan xalqı yenidən tarixi fürsət əldə etdi: “1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan dövlətçiliyinin bərpasının hüquqi əsasını yaratdı. Sənəddə 1918-ci il İstiqlal Bəyannaməsinə istinad olunması və Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilməsi tarixi varisliyin və siyasi davamlılığın ifadəsi idi. Beləliklə, 1991-ci ildə bərpa olunan dövlət müstəqilliyi 1918-ci ildə əsası qoyulmuş milli dövlətçilik ənənələrinin davamı kimi tarixə daxil oldu. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi və iqtisadi problemlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və daxili qarşıdurmalar dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Lakin xalqın iradəsi və uzaqgörən siyasi liderlik nəticəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı və möhkəmləndirildi.

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyası müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. Dövlət idarəçiliyində sabitlik yaradıldı, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, ölkənin beynəlxalq nüfuzu artdı. Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizin regionda aparıcı dövlətə çevrilməsini təmin etdi.

Bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün göstəricisidir”.

Nicat İsmayılov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin idealları bu gün də yaşayır və müstəqil Azərbaycanın inkişaf strategiyasında öz əksini tapır: “28 May — Müstəqillik Günü xalqımızın milli qürurunu, dövlətçilik ənənələrini və azadlıq ruhunu özündə yaşadan müqəddəs tarixdir. Bu tarix yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə ünvanlanan böyük dövlətçilik missiyasıdır”.

“Azərbaycan xalqı sübut etdi ki, onun azadlıq iradəsi sarsılmazdır, dövlətçilik ənənələri isə əbədidir. 1918-ci ildə əsası qoyulan müstəqil Azərbaycan ideyası bu gün güclü, qalib və nüfuzlu dövlət olaraq yaşayır, inkişaf edir və yeni tarixi uğurlara imza atır.”- deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri