Icma.az
close
up
RU
İSTİQLAL BӘYANNAMӘSİNDƏN BAŞLAYAN MÜSTƏQİLLİK YOLU Vahid Tağıyev yazır

İSTİQLAL BӘYANNAMӘSİNDƏN BAŞLAYAN MÜSTƏQİLLİK YOLU Vahid Tağıyev yazır

Mia.az saytına istinadən Icma.az xəbər verir.

İstiqlal Bәyannamәsi bütün türk-müsәlman dünyasında, ümumiyyәtlә bütün Şәrqdә, ilk dәfә olaraq Azәrbaycanda әn demokratik respublika idarә üsulunun - parlamentli respublikanın yaradılacağından xәbәr verirdi.

Azәrbaycan Milli Şurasının İstiqlal Bәyannamәsindә deyilirdi:

1. Bu gündәn etibarәn Azәrbaycan xalqı hakimiyyәtә malik olduğu kimi, Cәnub-Şәrqi Zaqafqaziyanı әhatә edәn Azәrbaycan

da tam hüquqlu müstәqil bir dövlәtdir.

2. Müstәqil Azәrbaycan dövlәtinin idarә forması Xalq Cümhuriyyәtidir.

3. Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir.

4. Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir.

5. Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müәssislәr Mәclisi toplanıncaya qәdәr Azәrbaycanın başında xalqın seçdiyi Milli Şura vә Milli Şura qarşısında mәsuliyyәt daşıyan Müvәqqәti hökumәt durur.

İstiqlal bəyannaməsi Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən iclasında qəbul olundu. Milli Şuranın bu iclasına Həsən bəy Ağayev sədrlik edirdi. Azərbaycanın istiqlaliyyəti elan olundu və Nazirlər Şurasının sədri Fətəli xan Xoyski mayın 30-da radioteleqrafla Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə dünyanın əksər siyasi mərkəzlərinə rəsmi məlumat verdi.

İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinə çevirdi.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərar qəbul edilmişdir ki:

- Mayın 28-i Müstəqillik Günü elan edilsin.

- Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.

- Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən, müstəqil dövlət quruculuğu strategiyası və bu siyasətin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin çoxşaxəli, parlaq fəaliyyəti nəticəsində Azərbaycan dünyaya yeni bir günəş kimi doğdu və şəfəq saçdı.

Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğulların şücaəti ilə düşməndən torpaqlarını azad etmiş suveren, müstəqil, qüdrətli Azərbaycan Respublikası hər birimizin qürur mənbəyidir!

Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, böyük nüfuza malik, ləyaqətli ölkə kimi qəbul edilir. Azərbaycan öz tarixində heç vaxt indiki kimi qüdrətli və güclü olmamışdır. Bunlarla haqlı olaraq fəxr edirik! Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!

Vahid TAĞIYEV

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 May 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri