Icma.az
close
up
RU
Dərin ehtiramla anırıq... Vahid Tağıyev yazır

Dərin ehtiramla anırıq... Vahid Tağıyev yazır

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin Anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi təkrarsız və nadir şəxsiyyətdir! Gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyev fitri istedad, topladığı zəngin təcrübə ilə dünyanın ən mükəmməl, müdrik dövlət xadimlərindən biri kimi yetişmişdir. Bütün həyatını fövqəladə bacarıq, əzmkarlıq və böyük inamla Vətənə xidmətə həsr etmişdir. Onun: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhun fikrini həmişə qürurla dinləyirik.

 Bu günkü azad, müstəqil, iqtisadi cəhətdən yüksək inkişaf etmiş, qüdrətli Azərbaycanımız Ümumilli Lider Heydər Əliyevin şah əsəridir.

Azərbaycan xalqı bu dahi şəxsiyyətlə həmişə qürur duyub, fəxr edib. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, habelə böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olduğu zamanlarda, ən ağır, çətin, yaxud sevincli günlərimizdə xalqımız həmişə öz dahi liderinə güvənmiş, onunla nəfəs almışdır.

Ulu Öndər qeyd etmişdir ki, "Mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə və bir də xalqıma". 

Müasir Azərbaycan tarixinin ən ağır dövrü olan 1990- cı illəri yaxşı xatırlayırıq. Ölkənin parçalanmaq, dövlətin dağılmaq təhlükəsi ilə üz- üzə qalmışdıq. 1993-cü ildə  böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər ilk növbədə ictimai - siyasi sabitliyə nail oldu,  qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Vətənimizdə separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu.

Qonşu və digər dövlətlərlə balanslaşmış, uğurlu xarici siyasət apararaq Azərbaycanın mənafe və maraqlarını üstün tutdu. Onların Azərbaycan dövlətinə hörmətlə yanaşmasına nail oldu.

Ulu Öndər "Əsrin müqaviləsi”ni imzalamağa nail olmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Belə ki, ilkin müqavilə dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlandı. Bu müqavilə sonrakı illərdə isə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.

Bu, o demək idi ki, Azərbaycan dünya iqtisadiyyatını yönəldən dövlətlərin və şirkətlərin maraq dairəsinə çevrildi. Onların tərəfdaşı oldu. Azərbaycanın milli gəliri artmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Habelə müxtəlif sahələrdə iqtisadiyyatımız şaxələnmiş şəkildə inkişaf etməyə, ölkəmizdə böyük quruculuq və abadlıq işləri aparılmağa başlandı.

Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.

Bütün bunlar xaricdən və daxildən, ağıla gələn və gəlməyən çətinliklər, manelərlə qarşılaşsa da dahi Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasəti ilə uğurla davam etdi. 

Azərbaycan milli müdafiə sənayesini yenidən qurmağa başladı. Bununla da illər sonra ən müasir milli ordu yaratmaq mümkün oldu. Tarixi, 44 günlük Zəfər Qələbəsinə gedən yol Ulu Öndərin apardığı uzaqgörən siyəsatin nəticəsi idi. Dahi Lider Heydər Əliyevin siyasi və irsi varisi, qəhrəman  Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və şərəfli fəaliyyət nəticəsində qalib ordumuz torpaqlarımızı azad etdi. Bu gün Azərbaycan dövləti öz tarixində ən qüdrətli, nüfuzlu inkişaf dövrünü yaşayır. 

 Böyük Öndər Heydər Əluyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Ona görə də Ümummilli liderimiz Heydər Əliyevə böyük məhəbbət və ehtiram milyonlarla insanın qəlbində əbədi yaşayır və yaşayacaqdır!

 Hər birimiz dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anırıq! Ruhu şad olsun!

Vahid Tağıyev,
İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Dekabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see401

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see259

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see254

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see217

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see213

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see189

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see181

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see176

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see173

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see171

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see166

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri