Icma.az
close
up
RU
İstiqlalın səsi tarixdən gələcəyə uzanan yol

İstiqlalın səsi tarixdən gələcəyə uzanan yol

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın şərəfli tarixində elə günlər var ki, onlar sadəcə bir tarixi fakt yox, bir millətin ruhunun, iradəsinin, varlığının simvoluna çevrilir. Məhz belə günlərdən biri də 28 May – Müstəqillik Günüdür. Azərbaycan xalqı hər il 28 May tarixində həm bir dövlətin elan edilməsinin, həm azadlıq iradəsinin və milli özünüdərk fəlsəfəsinin təcəssümünü qeyd edir.

Həmin gün, 107 il əvvəl – 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsi, təkcə bir dövlətin deyil, bütöv bir xalqın azadlıq eşqini, suverenlik iddiasını, müasir dünyada yer almaq əzmini bəyan etdi. Bu sənəd, əsrlərlə boyunduruq altında yaşamış bir millətin haqq səsi, istiqlal manifesti idi.

O bəyannamə milli yaddaşımızın, tarixi məsuliyyətimizin, həmçinin bu gün möhkəm təməllər üzərində yüksələn dövlətçiliyimizin başlanğıcıdır.

Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk parlamentli, dünyəvi və demokratik dövlət nümunəsi olaraq, həm biz, azərbaycanlıların, həm də bütün Şərqin fəxarət simvoluna çevrildi. Cümhuriyyətin yaradılması ilə Azərbaycan xalqı feodalizm və imperiya əsarətindən çıxaraq hüquqi dövlət quruculuğuna qədəm qoydu.  

Cəmi 23 ay ömür sürən, lakin bu qısa müddətdə bəşəri dəyərləri, insan haqlarını, hüquqi və siyasi islahatları əsas götürən Cümhuriyyət öz varlığı ilə sübut etdi ki, Azərbaycan xalqı azad yaşamağı bacarır və buna layiqdir.

İstiqlal Bəyannaməsi ilə birlikdə ilk Parlament formalaşdı, dövlət dili təsis edildi, Azərbaycan vətəndaşlığı anlayışı yaradıldı, sərhədlər müəyyənləşdirildi, dövlət atributları qəbul olundu. Təhsil sahəsində atılan addımların zirvəsində isə 1919-cu ildə təsis edilən Bakı Dövlət Universiteti durur. Bu, bir millətin gələcəyinə inamının, elmə və maarifə verdiyi yüksək qiymətin bariz təzahürü idi. Təsadüfi deyil ki, bu ali təhsil ocağı bu gün də ölkəmizin aparıcı akademik və ideoloji bir mərkəzdir – azərbaycançılığın, milli suverenliyin və dövlətçilik fəlsəfəsinin yetişdiyi məktəbdir.

Ən önəmlisi isə, Cümhuriyyət qurucularının demokratik iştirakçılığa və milli həmrəyliyə verdiyi dəyər idi. O dövrdə Parlamentdə azsaylı xalqların, dini icmaların və müxtəlif siyasi partiyaların təmsil olunması, bu dövlətin yalnız azərbaycanlıların yox, Azərbaycanın bütün vətəndaşlarının evi olacağını nümayiş etdirirdi. Multikulturalizmin, tolerantlığın, xalq hakimiyyətinin təməli məhz o illərdə atılmışdı.

Beləliklə, AXC-nin qəbul etdiyi ilk qərarlar – dövlət dilinin elan olunması, vətəndaşlıq institutunun yaradılması, gender bərabərliyinin təsbiti, etnik və dini azlıqlara parlamentdə təmsilçilik haqqının verilməsi – o dövr üçün fövqəladə irəliləyiş idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə qadınlara seçki hüququ verən ilk müsəlman dövləti olmaqla, bu sahədə bir çox Avropa ölkələrini – Fransa, İtaliya, İsveçrəni qabaqlamışdır. Bu fakt, çağdaş dövrdə də Azərbaycanın gender bərabərliyi siyasəti üçün güclü tarixi arqumentdir və bu gün qadınların dövlət idarəçiliyində və ictimai həyatda fəallığı AXC-nin qoyduğu əsasların davamıdır.

Lakin 1920-ci ildə bolşevik işğalı ilə bu azadlıq zorla əlimizdən alınsa da, xalqın qəlbində istiqlal eşqi heç zaman ölmədi. Tarix bir daha sübut etdi ki, haqq yolda mübarizə dayansa da, heç vaxt bitmir. Və bu mübarizə 1991-ci ildə öz bəhrəsini verdi – Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bərpa etdi. Özü də kimin yolunu davam etdirərək? Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyətinin!

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, Azərbaycanı tənəzzüldən xilas etdi və müstəqilliyin praktik olaraq qorunması və möhkəmləndirilməsi dövrü başlandı. Onun rəhbərliyi ilə Konstitusiya qəbul edildi (1995), neft strategiyası formalaşdı, silahlı qüvvələr modernləşdirildi, ölkə beynəlxalq münasibətlər sistemində tanındı.

Bu gün Azərbaycan Respublikası, AXC-nin elan etdiyi və Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsini Prezident İlham Əliyevin rəhbərliyi ilə XXI əsr reallıqları içində yenidən şərh edir və tətbiq edir.

Zəfərli Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən bu mübarizə yalnız hərbi zəfərlə yekunlaşmadı – bu, həm də tarixi ədalətin bərpası, xalqın iradəsinin və birliyinin təntənəsi idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi coğrafi sərhədlər, əslində, milli ərazi bütövlüyünün hüquqi çərçivəsini müəyyən etmişdi. Lakin bu xəritə uzun illər ərzində siyasi reallıqdan uzaq bir ideal kimi qalırdı. 2020-ci ildə əldə olunan Qələbə, Cümhuriyyətin arzuladığı sərhəd və suverenlik anlayışının bərpası oldu. Bu gün Qarabağın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən bərpa və reinteqrasiya layihələri, dövlət suverenliyinin və milli ərazi bütövlüyünün tam mənada tətbiqinə yönəlmiş addımlar, 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsinin siyasi gücünün XXI əsrdə real nəticələr doğurduğunu göstərir.

Bu tarixi mərhələnin simvolik zirvəsi isə Şuşa və Xankəndidə üçrəngli Azərbaycan bayrağının ucaldılması oldu. Bir vaxtlar yad ünsürlərin hökm sürdüyü, milli irsimizin məhv edildiyi bu torpaqlarda indi Azərbaycan himni səslənir, dövlət bayrağı dalğalanır. 1918-ci ilin mayında Bakıda imzalanmış İstiqlal Bəyannaməsi ilə ilk dəfə rəsmiləşdirilən üçrəngli bayrağımız, bu gün azad edilmiş torpaqlarda milli qürur və tarixi qələbənin rəmzinə çevrilmişdir. Bu, həm bir rəmz, həm də bir xalqın tarixə yenidən qayıdışı, ləyaqətinin bərpası və iradəsinin təntənəsidir. AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq başladığı dövlətçilik yolu, bu gün bu simvollar vasitəsilə davam etdirilir və əbədi möhkəmlənir.

Müasir Azərbaycan bu gün Cənubi Qafqaz regionu ilə yanaşı, qlobal siyasi, iqtisadi və ekoloji gündəmin mühüm oyunçularından birinə çevrilib. Bakının 2024-cü ildə COP29 kimi dünya miqyaslı bir tədbirə ev sahibliyi etməsi, bir tərəfdən Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, digər tərəfdən isə AXC-nin qurmağa çalışdığı müasir, dünyaya açıq və inteqrasiya olunmuş dövlət modelinin reallaşdığını nümayiş etdirir. COP29 kimi mötəbər tədbir, Azərbaycanı bir növ qlobal qərarverici platformanın iştirakçısına çevirir. Bu, artıq yalnız neft və qazla deyil, sabitlik, diplomatiya və məsuliyyətli liderlik ilə tanınan bir ölkənin uğurudur. AXC qurucuları müasirlik və beynəlmiləllik ideallarını hələ 1918-ci ildə bəyannamədə qeyd etmişdilər. İndi isə həmin ideallar real diplomatik çərçivədə həyata keçirilir.

Digər mühüm element isə multikulturalizm və dini-etnik tolerantlıq siyasətidir, hansı ki, Azərbaycan dövlətçiliyinin həm tarixi, həm də müasir sütunlarından biridir. AXC dövründə müxtəlif millətlərin, dinlərin nümayəndələri – ruslar, yəhudilər, ermənilər, almanlar, gürcülər, ləzgilər və digər xalqların nümayəndələri parlamentdə təmsil olunmuş, siyasi proseslərin bir hissəsi kimi çıxış etmişdilər. Bu, Cümhuriyyət qurucularının dövlətə baxışında etnik-mədəni inklüzivliyin əsas yer tutduğunu sübut edir. Məhz bu miras əsasında bu gün Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və bu model dünyanın aparıcı mərkəzlərində – UNESCO, BMT, Avropa Şurasında – təbliğ olunur, örnək kimi təqdim edilir. Hər il keçirilən Bakı Beynəlxalq Multikulturalizm Forumu, bu siyasətin davamlı və beynəlxalq miqyasda qəbul edilən simasıdır.

Bütün bu amillər birlikdə bir reallığı təsdiq edir: Azərbaycan Xalq Cümhuriyyəti – bir ideya idi, onu yaşadan isə müstəqil Azərbaycan dövlətidir. AXC-nin ruhu bu gün dövlət idarəçiliyində, beynəlxalq siyasətdə, ordu quruculuğunda, elm və mədəniyyətdə, eləcə də xalqın gündəlik həyatında yaşayır və inkişaf edir. Bu, tarixi yaşatmağın bariz nümunəsidir.

2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanunla 28 may – Müstəqillik Günü, 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü elan olunması, hüquqi ardıcıllığın və dövlətçilik yaddaşının qorunduğunun parlaq nümunəsidir.

Bu gün Azərbaycan öz siyasi və iqtisadi inkişafı ilə, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə ilə, işğaldan azad edilən ərazilərdə apardığı bərpa və quruculuq işləri ilə, beynəlxalq arenada artan nüfuzu ilə, AXC-nin qoyduğu əsasların necə dərin və möhkəm olduğunu sübut edir. İstiqlal Bəyannaməsi, artıq təkcə bir tarix yox, hər bir azərbaycanlının gündəlik həyatında hiss etdiyi reallıqdır.

Prezident İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”

Elə isə yaşasın İstiqlalın ruhu, yaşasın Azərbaycan Xalq Cümhuriyyətinin mirası, yaşasın müasir, güclü və qalib Azərbaycan dövləti!

İradə Ağayeva

Bakı Xoreoqrafiya Akademiyasının

Kitabxana-informasiya mərkəzinin müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see241

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see171

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see166

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see160

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see158

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see156

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see149

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see149

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see147

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see141

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see140

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see138

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see137

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see136

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see133

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri