Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Azərbaycan qadını: tarixdən gələcəyə uzanan şərəfli yol

Azərbaycan qadını: tarixdən gələcəyə uzanan şərəfli yol

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər il mart ayının 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq, onların hüquq və azadlıqlarını ön plana çəkmək üçün əlamətdar bir fürsətdir. Azərbaycan qadınları isə tarix boyu yalnız ailənin deyil, bütövlükdə xalqın, dövlətin dayağı olmuş, elm, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdə mühüm uğurlar qazanmışdırlar. Onlar Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, dövlət idarəçiliyində söz sahibi olmuş, elm və incəsənətdə öz dəst-xəttlərini təsdiq etmişlər. Azərbaycan qadınları tarix boyu xalqımızın həyatında mühüm rol oynamış, ölkənin ictimai, siyasi, hərbi və mədəni inkişafına böyük töhfələr vermişdirlər. Onların şücaəti, maarifçilik fəaliyyəti və hüquqi statusu daim diqqət mərkəzində olmuşdur.

Qadın hərəkatının tarixinə nəzər saldıqda onun 1850-ci illərdən etibarən ABŞ-da başladığını görərik. 1910-cu ildə alman siyasətçi xanım Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olmuşdur. 1977-ci ildə BMT də bu gün qadınlar günü kimi rəsmiləşdirilmişdir. Ölkəmizdə Beyəlxalq Qadınlar Günü kimi qeyd edilən 8 Mart , həm də qeyri-iş günü olan bayramların sırasındadır.

Azərbaycan qadınları tarixən Vətən sevgisi, cəsarət və qətiyyət nümayiş etdirərək, döyüş meydanlarında igidlik göstərmiş və dövlət idarəçiliyində mühüm yer tutmuşlar. “Kitabi-Dədə Qorqud” dastanında qadın qəhrəmanların mübarizliyi xüsusi qeyd edilir. Eyni zamanda, Tomris, Nüşabə, Möminə Xatun, Sara Xatun, Nigar, Həcər və Tutu Bikə kimi şəxsiyyətlər Azərbaycan qadınının güc və iradəsinin bariz nümunələridir.

Şərqdə ilk dəfə seçib – seçilmək hüququnu 1918 – ci ildə Azərbaycan qadınları əldə ediblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hüququn verilməsi ölkəmizin demokratik inkişafında mühüm addımlardan biri olmuş və qadınların cəmiyyətin idarə olunmasında aktiv iştirakına imkan yaratmışdır.

Azərbaycan qadınları tarixən maariflənməyə, elmə və mədəniyyətə böyük önəm vermiş, milli dəyərlərə sadiq qalaraq onları gələcək nəsillərə ötürmüşlər. Elm, incəsənət və ədəbiyyat sahəsində qazandıqları uğurlar Azərbaycan qadınının yüksək intellektual potensiala sahib olduqlarını bir daha sübut edir. Müasir dövrdə də qadınlarımız müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verməkdə davam edirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, qadın və kişi hüquqları bərabərdir. Qanunvericilikdə gender bərabərliyi təmin olunmuş, qadınların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilmişdir. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir ki, bu da qadınların siyasi, iqtisadi və sosial sahələrdə irəliləyişinə mühüm töhfə vermişdir.

Ümummilli Liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki roluna böyük önəm vermiş, onların hüquqlarının qorunması və ictimai-siyasi həyatda aktiv iştirakını təmin edən siyasət yürütmüşdür. Onun təşəbbüsü ilə ölkədə qadın siyasəti dövlət səviyyəsinə qaldırılmış, qadınların müxtəlif sahələrdə lider kimi yetişməsinə imkan yaradılmışdır.

Azərbaycan qadınları tarixən olduğu kimi, bu gün də cəmiyyətin aparıcı qüvvələrindən biridir. Onların vətənpərvərliyi, zəkası və fədakarlığı ölkəmizin inkişafında mühüm rol oynayır. Dövlətin qadın siyasəti, bu sahədə aparılan hüquqi islahatları və sosial təşəbbüsləri sayəsində Azərbaycan qadınları öz potensialını daha geniş şəkildə reallaşdıraraq ölkəmizin gələcəyinə töhfə verməkdə davam edirlər.

Müasir dövrümüzdə ləyaqətli Azərbaycan qadınının ən bariz nümunəsi hər zaman cənab Prezidentimizin yanında olan, onunla çiyin-çiyinə işləyən, dəstək göstərən, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan, tariximizi, mədəniyyətimizi, musiqimizi təbliğ edən, iştirak etdiyi tədbirlərdə, konfranslarda, dövlətimizi ən yüksək şəkildə təmsil edən Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Azərbaycanın dünyada mədəniyyət carçısı, mültikulturalizm və tolerantlıq məkanı kimi tanınmasında, ölkəmizin beynəlxalq brendə çevrilməsində Mehriban xanımın əməyi inkar olunmazdır. Birinci vitse-prezident kimi Mehriban xanım özünün peşəkarlığı, biliyi, idarəetmə qabiliyyəti ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına dəstək olmuşdur.

Müasir Azərbaycan qadını ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak edir. Dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə, qeyri-hökumət təşkilatlarında və biznes sektorunda qadınların sayı ildən-ilə artır. Azərbaycan Ordusunda da yüzlərlə qadın xidmət edir, hərbi təhsil müəssisələrində, tibb ocaqlarında, mühüm dövlət qurumlarında çalışaraq Vətən qarşısında şərəflə vəzifə borclarını yerinə yetirirlər. Onların fədakarlığı və zəhməti dövlət tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan dövləti qadın hüquqlarının qorunmasını və gender bərabərliyinin təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Müstəqillik illərindən etibarən bu sahədə mühüm qanunlar qəbul olunmuş, fərman və sərəncamlar imzalanmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın hüquqlarının inkişafına dair önəmli addımlar atılmışdır. Qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etmək, onların siyasi və iqtisadi həyatdakı rolunu artırmaq üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan qadınlarının cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmək məqsədilə 1998-ci il sentyabrın 25-də Ulu Öndərin təşəbbüsü ilə ölkədə ilk qadın qurultayı keçirilmişdir. Bu mühüm tədbir, qadınların milli dövlətçilik mövqeyindən çıxış etdiyini nümayiş etdirməklə yanaşı, onların sosial, iqtisadi və siyasi iştirakını gücləndirmək üçün strateji addımlara təkan vermişdir. Qurultayda qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, sosial rifahlarının yüksəldilməsi və ölkənin inkişafına töhfələrinin artırılması məsələləri müzakirə olunmuşdur. O vaxtdan etibarən hər beş ildən bir təşkil olunan bu qurultaylar Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə fəallığını artıran mühüm hadisələrdən biri kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qadın hüquqlarının qorunması və gender siyasətinin inkişafı istiqamətində mühüm addımlar atmışdır. Bu sahədə qəbul edilən qanunlar və görülən tədbirlər ölkədə gender bərabərliyinin təmin edilməsinə, qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə şərait yaratmışdır.
2006-cı il – “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu il – “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qadınların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlardan biri olmuş və cəmiyyətin məişət zorakılığına qarşı mübarizə aparmasını təşviq etmişdir. Bu qanunların qəbulu, gender bərabərliyi və qadın hüquqları ilə bağlı görülən işlər, Azərbaycanda yeni düşüncə tərzinin formalaşmasına və bir çox stereotiplərin aradan qalxmasına təkan vermişdir.

Azərbaycan qadını bu gün dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olaraq, cəmiyyətin bütün sahələrində fəallıq göstərir. Dövlətimizin gender bərabərliyinə, qadınların cəmiyyətə inteqrasiyasına verdiyi önəm, onların daha geniş imkanlara sahib olmasına şərait yaradır. Müstəqillik illərində qəbul edilən qanunlar, həyata keçirilən dövlət proqramları, qadınların siyasi, iqtisadi və sosial həyatdakı rolu Azərbaycanın inkişafında qadınların mühüm yer tutduğunu bir daha sübut edir.

Bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, onlara bütün işlərində uğurlar arzulayıram. İnanıram ki, qadınlarımız əsrlədən bəri qoruyub saxladığımız ailə dəyərlərimizi, milli-mənəvi irsimizi bundan sonra da layiqincə davam etdirəcək, adət-ənənələrimizə sadiq ruhda gənc nəslin yetişdirilməsində və ümumilikdə, ölkəmizin tərəqqisində öz töhfələrini verməyə davam edəcəklər.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri