Icma.az
close
up
RU
Qürur səhifəsi: Şərqdə İstiqlalın adı Azərbaycan

Qürur səhifəsi: Şərqdə İstiqlalın adı Azərbaycan

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarixin qızıl səhifələrini yalnız qılıncın gücü ilə deyil, qəlbin cəsarəti, düşüncənin maarifi və xalqın iradəsi ilə yazmaq mümkündür. 28 May 1918-ci il məhz bu cəsarətin və iradənin tarixə həkk olunduğu gündür. O gün Azərbaycan Cümhuriyyəti elan edilərək, Şərqdə və bütün İslam aləmində ilk dəfə olaraq demokratik, dünyəvi, hüquqi dövlət quruldu. Bu, təkcə bir siyasi hadisə deyil, həm də bir mədəni inqilab, milli dirçəliş və ideoloji yüksəliş idi.

XX əsrin əvvəllərində Qafqaz coğrafiyasında baş verən siyasi hadisələr, Çar Rusiyasının süqutu və regionda yaranan hakimiyyət boşluğu Azərbaycan xalqı qarşısında tarixi bir məsuliyyət qoydu.

Millətin öndə gedən maarifçiləri, ziyalıları və mübariz siyasətçiləri Tiflisdə 28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsini qəbul etdilər. Azərbaycan xalqı azad, bərabər hüquqlu və demokratik əsaslara söykənən bir dövlətin – Azərbaycan Cümhuriyyətinin – sahibi oldu.

Azərbaycan Cümhuriyyəti yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Şərq dünyasının siyasi tarixində ilk dəfə demokratiya, hüquq, qadın bərabərliyi və dünyəvilik prinsiplərini əsas tutan bir idarəetmə modeli təqdim etdi. Əsas nailiyyətlərindən bəziləri isə bunlardır: qadınlara seçki və seçilmə hüququ verildi, çoxpartiyalı parlament formalaşdırıldı və siyasi plüralizm təşviq olundu, ana dilimiz – Azərbaycan dili dövlət dili elan edildi, milli ordu quruldu, Bakı Dövlət Universiteti təsis olundu, dövlət rəmzləri – üçrəngli bayraq, gerb, himn qəbul edildi.

Azərbaycan Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun qoyduğu təməl müstəqil Azərbaycanın ideoloji və hüquqi əsasını təşkil etdi. 1920-ci ilin aprelində Sovet Rusiyasının təzyiqi ilə süquta uğrasa da, xalqın yaddaşından silinmədi. Onun azadlıq və müstəqillik ruhu 1991-ci ildə Azərbaycanın yenidən istiqlaliyyətini bərpa etməsinə aparan yolun mayakına çevrildi.

Ümummilli lider Heydər Əliyev çıxışlarının birində söyləmişdir: Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Ulu öndər Heydər Əliyevin bu fikri sadəcə bir ifadə deyil, milli dövlətçilik strategiyasının əsas qayəsi, xalqın qarşısında qoyulan strateji hədəf kimi səslənir. Bu fikir Azərbaycanın dövlət siyasətinin əsas sütunlarından birinə çevrilmiş, həm daxili, həm də xarici siyasətdə özünü açıq şəkildə göstərmişdir. Bu ruhun yenidən dirçəldilməsi yolunda Ulu Öndər Heydər Əliyevin rolu əvəzsiz oldu. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyev Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını yenidən rəsmi dövlət rəmzi kimi qaldırdı. Bu, yalnız bir bayraq deyil, bütün bir xalqın yaddaşına, ruhuna və gələcəyinə verilmiş nəfəs idi.

Hər il Müstəqillik Günü münasibətilə dünya ölkələrinin liderləri cənab prezident İlham Əliyevə təbrik məktubları göndərirlər. Bu təbriklər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin hüquqi və siyasi varisidir. Bu gün ölkə başçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyi möhkəmlənmiş, beynəlxalq nüfuzu artmış, milli maraqları uğurla qorunur. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə olunan Qarabağ Zəfəri də sübut etdi ki, Azərbaycan artıq yalnız tarixə arxalanan yox, tarix yazan bir dövlətdir.

Müstəqillik Günü ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən verilən rəsmi bəyanatlar, xalqa ünvanlanan təbriklər və keçirilən tədbirlər tarixə olan ehtiramın bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edir ki, 1918-ci il tarixində qurulan Cümhuriyyətin ömrü qısa olsa da, onun ideyaları bu gün müasir Azərbaycanın əsas dayaqlarından biridir.

Azərbaycan Cümhuriyyəti təkcə keçmişimizin bir parçası deyil, milli ideologiyamızın təməli, hüquqi irsimiz və mənəvi dayağımızdır. Onun yaratdığı dəyərlər – azadlıq, demokratiya, bərabərlik bu gün də bizim yolumuzu işıqlandırır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qorumaq böyük zəhmət tələb edir, bu, həm də millətin iradəsinin güc göstəricisidir. Ümummilli lider Heydər Əliyevin müdrik kəlamı bu gün də aktuallığını qoruyur. Müstəqillik sadəcə bayram günü xatırlanacaq bir hadisə deyil, hər gün qorunmalı, inkişaf etdirilməli və gələcək nəsillərə əmanət edilməli olan bir milli dəyərdir. Onun qorunması üçün hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Bu məsuliyyəti dərk etmək və ona uyğun davranmaq isə müstəqil dövlətin gələcəyini təmin edəcək əsas amildir.

“Qürurla deyirik: Şərqdə istiqlalın adı – Azərbaycandır!”

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri