İstirahətə getdiyi hoteldə uşaq doğdu 9 ay hamilə olduğunu bilməyib FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Britaniyalı qadın hamilə olduğunu bilmədən Kanadada otel otağında qız uşağı dünyaya gətirib.
Milli.Az xəbər verir ki, Bristol şəhərindən olan Helen Green həyat yoldaşı Michael və altı yaşlı qızı ilə 10 günlük Kanadaya tətilə gəlib. Helen gecə qarın ağrısına oyanıb, hamama gedərkən gözlənilmədən uşaq doğub. Həyat yoldaşı dərhal təcili yardım çağırıb və ana ilə körpə Mount Sinai xəstəxanasına çatdırılıb. Körpəyə Olivia adı verilib, çəkisi 3,7 kq olub.
Həkimlər bildiriblər ki, Helenin hamiləliyi heç bir əlamət göstərməyib: onun menstruasiyaları normal davam edib, idmanla məşğul olub və adi paltar geyinib. Tibbi ekspertlər bunu "gizli hamiləlik" adlandırıblar.
Doğumdan sonra isə Olivianın sənədləşməsi problemi yaranıb. Doğum haqqında şəhadətnamə və pasportun hazırlanması bir aydan çox çəkib və ailəyə 9000 funt sterlinqə başa gəlib, buna tibbi xərclər, yaşayış və nəqliyyat daxil olub.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Avqust 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















