“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, görüntülərdə daha əvvəl suyun axdığı ərazidə borunun olmadığı göstərilib və mineral suyun əhalinin istifadəsinə qəsdən bağlandığı iddia edilib.
Lakin həqiqət isə tamamilə başqadır. Belə ki, sözügedən ərazidə suyun dayandırılması daimi xarakter daşımır. Su xəttində mütəmadi olaraq texniki baxış və təmizlik işləri həyata keçirilir. Bu müddətdə suyun verilməsi müvəqqəti dayandırılır, boru çıxarılaraq xətt təmizlənir.
Profilaktik işlər yekunlaşdıqdan sonra boru yenidən yerinə quraşdırılır və suyun axını bərpa olunur.
Sosial şəbəkələrdə yayılan görüntülərin də məhz belə texniki işlərin aparıldığı vaxta təsadüf etdiyi bildirilir.
Beləliklə, mineral su çıxışının tamamilə bağlanması və insanların sudan istifadəsinin qarşısının alınması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunur.
Məsələnin faktiki vəziyyətini əks etdirən görüntülər də mövcuddur. Kadrlardan görünür ki, ərazidə su xətti üzərində vaxtaşırı texniki və təmizlik işləri aparılır, bu müddətdə suyun axını müvəqqəti dayandırılır. İşlər başa çatdıqdan sonra isə boru yenidən quraşdırılır və suyun verilməsi bərpa olunur.
Məsələ ilə bağlı görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















