İsveç hökuməti təcrid olunmuş gəncləri dəstəkləmək üçün vəsait ayırıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Stokholm, 8 aprel, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti 16-29 yaş arası təhslisiz və işləməyən 130 min gəncə yardımın koordinasiyası üçün Gənclər və Vətəndaş Cəmiyyəti Agentliyinə (MUCF) 20 milyon kron ayırır.
AZƏRTAC xəbər verir ki, vəsait gənclərin ictimai və iş həyatına qayıtmasına kömək etmək üçün dövlət xidmətlərindən tutmuş məktəblərə və idman klublarına qədər müxtəlif təşkilatların səylərinin əlaqələndirilməsinə yönəlib.
“Bu, dövlətin, biznesin və vətəndaş cəmiyyətinin birgə səylərinin birləşməsini tələb edən mürəkkəb problemdir. Biz daha yaxşı nəticələrə nail olmalıyıq”, - deyə sosial məsələlər naziri Yakob Forssmed vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu qrupun əhəmiyyətli bir hissəsi tənhalıq və sosial cəhətdən aidiyyəti olmadığı səbəbdən yaranan psixi sağlamlıq problemlərindən əziyyət çəkir.
Gənc kişilər xüsusilə həssasdırlar, onlarda təcrid olunma ehtimalı daha yüksəkdir və onlar mövcud proqramlarla daha çətin əhatə olunur. “MUCF”ə həmçinin dəstək sistemindəki zəif cəhətləri müəyyən etmək üçün onların vəziyyətinin ayrıca təhlilini aparmaq tapşırılıb.
Hökumət 3,5 milyard İsveç kronunun (təxminən 315 milyon dollar) psixi sağlamlıq və intiharın qarşısının alınması sahəsində xərclənəcəyini xatırladıb.
Bundan əlavə, dövlət 15 min yay iş yerinin təşkilinə 250 milyon kron (təxminən 22,5 milyon dollar) sərmayə qoyur, eləcə də peşə və yaşlıların təhsilinə çıxışı genişləndirir.
Baxış sayı:62
Bu xəbər 08 Aprel 2025 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















