Icma.az
close
up
RU
Millimiz üçün “İsveç masası”

Millimiz üçün “İsveç masası”

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

CEYHUN ƏLİYEV

Azərbaycan balaca ölkə olsa da, vətəndaşları geniş ürəyə sahibdi. Evinə qonaq gəldisə, qarşısına çay qoyar, ardınca isə evində olanından masaya düzərlər. İstər dolma olsun, istər bozbaş olsun, istərsə də ləvəngi olsun - qonağa qurbandı. Yemək çeşidlərindən başı çıxan insana isə qurman deyilir. Ev yiyəsi deyir qurbandı, qonaq da gəlib çıxa qurman. Gəl, indi belə qonağın qarşısında dayan da…

Ötən axşam "qol qurmanı" adı ilə bütün Avropaya səs salmış Azərbaycan millisi uzaq İsveçə babat acmış formada getmişdi. Zarafat deyil, o boyda Estoniya ilə görüşdə 90 dəqiqə ərzində heç olmasa 1 qol da yeyə bilməyən "Doğru yol" partiyasının sədri" Fernandu Santuş və komandası Skandinaviyada bunun əvəzini çıxmalı idilər. Gəl ki…
*
İlk abzasda əbəs yerə qonaqpərvərlyimizdən bəhs etməmişdim. Biz yeməyi qonağın qarşısına qoyuruq. İsveçdə isə bu ənənə fərqlidi: ürəyin hansı təamdan dadmaq istəyirsə, özün seç. Buna otellərdə daha çox rast gəlinir, adı da "İsveç masası"dı ("Şvedskiy stol"). Ac adam ola, ləziz yemklər də düzülə bu başdan o başadək. İştahını bir təhər basan millimiz artıq 10-cu dəqiqədə məclisi açıq elan etdi. Bundan sonra növbənöv qollar yeməyə başlayan komanda (əgər bu topluma komanda demək mümkündürsə) o qədər kökəldi ki, "altı"nı vurdu. Hələ ortada bir təamı (penaltini) Rza geri qaytardı, fasilə öncəsi də "yeməklərimiz hələ VAR, tələsməyin" deyən hakimlər 4-cü qazanı açmağa qoymadılar. Ancaq ALTI üstünə çevriləndən sonra meydan sahibləri Azərbaycanı təmsil edənlərə "gedə bilərsiniz" dedilər.
*
Görüşün 72-ci dəqiqəsində tabloya baxan və hələ 18 dəqiqə zülm çəkəcəklərini gördükdə köks ötürən Bəhlul Mustafazadəni anlamaq çətin deyil. Oyundan sonra evə zəng edərək "mənə təcili yeni əlcək alın, bunlar burda top qaytatmaqdan cırıldı" deyən Rza Cəfərovu da anlamaq olar. Ancaq mən şiddətlə növbəti abzası 2 yoldaşa mütləq oxumağı tövsiyə edirəm - Sərxan Hacıyev və İlqar Qurbanova.

Birincinin dediyi "AFFA-da qərarları Rövşən Nəcəf tək vermir, hamımızın fikridi" ifadəsindən başlayaq. Sərxan bəy, əvvəlki hakimiyyət dövründə söz sahibi olmadığlnızı və buna görə həmin illərdəki uğursuzluğa görə məsuliyyət daşımadığınızı deyirsiniz. Ancaq indi Santuşun Azərbaycana gəlməsində pay sahibi olduğunuzu qeyd etdiz. Və siz söz sahibi olar-olmaz millimiz D divizionuna yuvarlandı. Demək ki, əvvəlki illərdə səlahiyyət sahibi olmamağınıza qərar verənlər doğru, haqlı olub. Deməli, yenilərin də bunu anlayacağı gün uzaqda deyil. İlqar Qurbanov isə millinin direktorudu! Qəribə postdu, ancaq olsun. Bildiyim qədər Qurbanovun heç A kateqoriyası da yoxdu. Elə bu səbəbdən də Santuşun köməkçisi yox, millinin direktoru postundadı. Ancaq direktoru olduğu komanda fiaskoya uğradısa, demək ki, Qurbanovun da müddəti sona çatmalıdı. Adam direktorluğu bacarmadı, bu postun yükü onun çiyinlərinə görə deyil. Tapşırıqla milliyə heç kimin gəlmədiyini iddia edən gənc direktora sidq ürəkdən inanaraq deyim ki, əgər həqiqətən o dövrdə tapşırıq olubsa, tapşıranlar futbolu həm İlqardan, həm də Santuşdan çox bilirmiş.

Və sonda. Santuş matçsonrası mətbuat konfransında bütün məsuliyyəti üzərinə götürdüyünü deyib. 70 yaşlı mütəxəssisdə günah yoxdu, ona nə tapşırılıb, o da konfrasda həmin sözləri deyib. Ancaq məsələ burasındadı ki, məsuliyyəti üzərinə götürürsənsə, komanda D divizonuna yuvarlandığı üçün istefa verməlisən. Özü də tək yox, direktorunla birlikdə!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri