Icma.az
close
up
RU
İsveç hökuməti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirir

İsveç hökuməti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 9 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti və İsveç Demokratlar Partiyası tərəfindən təqdim edilən yeni qanun layihəsi vətəndaşlıq almaq üçün daha sərt qaydalar tətbiq edir, ölkədə minimum yaşayış müddətini artırır, müraciət edənlər üçün şəxsi gəlir tələbi, məcburi imtahan və davranış tələblərini irəli sürür.

AZƏRTAC xəbər verir ki, İsveçdə vətəndaşlıq almaq üçün əvvəlki beş il əvəzinə səkkiz il fasiləsiz bu ölkədə yaşamaq tələb olunacaq. İki il yaşadıqdan sonra müraciət edə biləcək Skandinaviya ölkələrinin vətəndaşları üçün istisna tətbiq edilir.

Bundan əlavə, ərizəçilər ayda təxminən 20.000 kron (2200 ABŞ dolları) şəxsi gəlirə malik olmalı, həmçinin İsveç dilini bilməli və bu ölkənin cəmiyyəti haqqında əsas anlayışa malik olmalıdırlar. Eyni zamanda, həyat tərzi qiymətləndirmələri daha sərt olacaq. Müraciət edən şəxslər layiqli həyat tərzi sürməlidirlər, cinayət qeydləri olanların vətəndaşlıq almaq üçün gözləmə müddəti uzadılacaq.

İki komponentdən - dil və cəmiyyətşünaslıqdan ibarət yeni vətəndaşlıq testi tətbiq olunur, həmçinin müəyyən əlilliyi olan insanlar üçün istisnalar nəzərdə tutulur.

Əsas dəyişikliklərin iyunun 6-da, İsveçin Milli Günündə qüvvəyə minəcəyi planlaşdırılır və yeni qaydalar çərçivəsində ilk imtahanlar bu ilin avqust ayında keçiriləcək.

“Məhz səy göstərilməsi indiyə qədər mövcud olan vətəndaşlıq tələblərinin xarakterik xüsusiyyəti deyildi, bu, daha çox əksinə olub. Burada bir kəlmə də olsun İsveç dilini bilmədən, cəmiyyətimizi anlamadan və heç bir gəlir əldə etmədən cəmi beş il ərzində vətəndaşlıq almaq olardı”, -deyə miqrasiya naziri Yohan Forssell mətbuat konfransında bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri