İsveç işsizlər üçün daxili miqrasiya ilə bağlı müavinətlər tətbiq etməyi planlaşdırır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Stokholm, 11 aprel, AZƏRTAC
İsveç hökuməti əmək bazarında regional fərqləri azaltmaq üçün daxili miqrasiya ilə bağlı yeni müavinət tətbiq etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, təşəbbüs ölkədə bəzi bölgələrdə yüksək işsizlik səviyyəsi, digərlərində isə işçi qüvvəsinin çatışmazlığından irəli gəlir.
Vəziyyət əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Əgər əvvəllər işsizlər şimaldan cənuba köçürdülərsə, bu gün yeni sənayeləşmə səbəbindən İsveçin şimal hissəsində işçi qüvvəsi çatışmazlığı yaşanır. Xüsusilə, bu ilin fevral ayında Norrbottendə işsizlik səviyyəsi 3,8 faiz, Skonedə isə 8,8 faiz təşkil edib.
Əmək naziri Yohan Britz əhalinin hərəkətliliyinin artırılmasının vacibliyini vurğulayıb, çünki bir çox hallarda insanlar köçmə xərcləri səbəbindən başqa bir bölgədə işə qəbul həyata keçirə bilmirlər. Ehtimal olunur ki, yeni müavinət ümumi xarakter daşıyacaq və şimala köçməklə məhdudlaşmayacaq.
Eyni zamanda, ekspertlər bu cür tədbirlərin effektivliyini şübhə altına alırlar. Uppsala Universitetinin tədqiqatçılarının sözlərinə görə, bir çox insan maliyyə dəstəyi olmadan da köçüb gedir ki, bu da belə proqramların lokal tətbiqini çətinləşdirir.
Hökumət Məşğulluq Xidmətinə mümkün qədər təsirli və həqiqətən köməyə ehtiyacı olanları əhatə edəcək bir model hazırlamağı tapşırıb. Konkret təkliflərin təqdim edilməsi gələn ilin əvvəlində planlaşdırılır.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Aprel 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















